Tofiq Əlini yaman dartdı... TƏRS BAXIŞ

Yaxud, nağıl-tamaşanın həzin sonu

Beləliklə, 19 oktyabr icazəsiz küçə yürüşündən əvvəl və sonra yadımızda nə qaldı? Əlbəttə ki, qara-qışqırıq, haray-şivən öz yerində, amma AXCP sədri Əli Kərimlinin izafi aktyorluğu və bu xüsusda oynadığı rolundan yağlı “2” alması da əlbəttə ki, öz yerində. Hələ sözügedən aksiyadan əvvəl bunların sosial şəbəkələrdəki çaqqalsevərləri və tülkübazları kifayət qədər ulaşıb, vəqqə-vəqqə salmışdılar ki, bəs 100 min belə gələcək, 200 min də elə gedəcək-zad...

Xüsusilə, Kərimlinin ayağısürüşkən müavini, bör-böcək sanitarı Nurəddin Məmmədlinin “facebook”da bu məsələdə əməlli-başlı qumar oynaması nəzərimdən yayınmadı və bir daha sübuta yetirildi ki, bir var zəif siyasətçi, bir də var düşük.

Belələrinə el arasında “işverən”, “stukaç” da deyirlər

Demə bunlar elə düşük siyasətçilərin ən yekələriymişlər, hətta nəhəngləri!

Mən hələ alkaş Qəniməti, casuslar altına yıxılıb, sonra da alma dişləməyi çox sevən Sevinci, TULAr ayamalı Turalı, arvadının şərəfsiz sözündən feyz alan şərəfsiz Məhəmmədi və ən nəhayəti, Orduxanım kimi tanıdığımız Orduxanı demirəm... Sanki bu bolşevik təfəkkürlü utopik sürü yığnağı V.İ.Leninin oktyabr inqilabını təkrarlayacaqlarmış kimi əməlli-başlı vəcdə gəlib, itaətsizlik çağırışları edirdilər. Belələrindən başqa heç nə gözləməyə dəyməzdi...

Demək, Əli Kərimliyə inanan bir neçə yüz adam edilən həmin çağırışlardan sonra şəhərin gur yerinə tökülüşüb, ictimai asayişi pozmağa kifayət qədər cəhdlər göstərdilər. Hətta asayişi bərpa etmək üçün maksimum qaydada nəzakətli davranan polisimizə qarşı təxribatlar etməkdən belə çəkinmədilər – onlara “erməni”, “faşist” damğası vuranlar da tapıldı. Xüsusilə, mənşəyi bilinməyən bəzi hörüklülər bir az da irəliyə gedərək, asayiş keşikçilərinin üzərlərinə hücum etməklə vəziyyətin daha da gərginləşməsi üçün sözün əsl mənasında üz-gözlərini cırıb-dağıtdılar. Belələrinə el arasında “işverən”, “stikaç” da deyirlər. Sadəcə, xatırlatdım...

Bütün bunlar söz yox ki, birbaşa Əli Kərimlinin və ona sifariş verən misterlərin özəl tapşırıqları idi. Çünki o da bəlli oldu ki, Kərimlinin çox sevdiyi gözəlçəsi Gültəkin Hacıbəyli artıq məlum yerlərlə növbəti tapşırıqlarını alır, həmin istiqamətdə mənfur planlarını realizə edirdi.

Və Əli Kərimli bir anlıq ayaq saxladı

Sonrası isə məlumdur və həmin məlum olan hadisə bu mövzunun əsas tərkib hissəsidir. Əli Kərimli icazəsiz aksiyadan qabaq bloqerlik fəaliyyəti vasitəsi ilə tərəfdarlarını yaşadığı binanın qarşısına yığmaqla, özünü sığortalamağa çalışdı. Bəs kim var idi yanında? Müsavatın nə başqanlığına, nə də Məclis üzvlüyünə seçilə bilməyən Tofiq Yaqublu və daha bir neçə nəfər. Maraqlısı da bu oldu ki, Əli Kərimli ortada, digər biri o biri tərəfdə, Tofiq Yaqublu də bu yandan onun qoluna girərək, köhnə, əttökən və naftalin qoxusu verən şüarlarını bağıra-bağıra guya ki (!) hadisələrin cərəyan elədiyi yerə gedirmişlər. Məhz həmin yürüş vaxtı polis onları ictimai asayişi pozmamağa dəvət etdi və...

Və Əli Kərimli bir anlıq ayaq saxladı. Amma onun qolundan dartan Tofiq Yaqublu və digəri sanki AXCP sədrini zorla dartıb-aparmağa çalışdılar. Bircə həmin fotodakı anı bir daha nəzərdən keçirmək kifayət edər ki, T.Yaqublu Ə.Kərimlini zorla irəliyə dartır və cəbhəçilərin sədri də pərçimlənib yerindən tərpənməyə cürət etmir. Amma Tofiq Əlini yaman dartdı. Hətta elə dartı ki, Əli sonda özünü polisin əhatəsində gördü. Sonrası isə...

Hətta Britaniyada kef çəkən gülməşəkər oğlu Türkelin nəyə görə hadisələrin mərkəzində olmaması barədə kiçicik izah da vermədi...

Sonrası isə məhz casuslar altına yıxılmağı sevən Sevincin sosial şəbəkədəki canlı yayımında ağlaşmalar, inləşmələr, mələşmələr və daha nələr...

Başı cızılmış Əli isə, cüzi yarasını göstərərək, çağa uşaqlar kimi siyasi inqələmələrini davam etdirib, sonra da reabilitasiyaya ehtiyacı olduğunu deyərək, canlı yayımı tərk elədi. Hətta Britaniyada kef çəkən gülməşəkər oğlu Türkelin nəyə görə hadisələrin mərkəzində olmaması barədə kiçicik izah da vermədi...

Bax, bunların siyasi nağıl-tamaşaları belə bir həzin sonluqla, minor notlar üzərində başa çatdı. İndi də Belçikada, Fransada, Almaniyada, İspaniyada polisin etirazçılarla sərt davranış fotolarını həyasızlıqla, şər-böhtan üsulu ilə sosial şəbəkələrdə yayıb, insanlara öz idbar sifətlərini daha açıq şəkildə göstərirlər. Zatən xəmirləri bu cür haramçılıqla yoğrulmuşlardan başqa hər hansı bir nağıl-tamaşanı da gözləməyə dəyməzdi...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə