Ermənistan hökumətində daha bir fikir ayrılığı və istefa

Dövlət Kadastr Komitəsinin rəhbəri Saxr Petrosyanın istefası ilə əlaqədar olaraq Ermənistanda narazılıqlar özünü göstərməkdədir. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Facebookda bir qrup ortaya çıxıb və qrup üzvləri baş nazir Paşinyanı Petrosyanın bəyanatını imzalamamağa çağırırlar. Onlar Petrosyanı öz sahəsini kifayət qədər səmərəli idarə edən yaxşı bir məmur kimi tərifləyirlər.
Məlumatda qeyd olunur ki, istefa ərizəsində Petrosyanın özü hökumətin sektor siyasətləri ilə fikir ayrılığını da qeyd edib və eyni zamanda bu siyasəti dəyişdirə bilmədiyini də yazıb. Söhbət yalnız kadastr haqqında deyil, həm də şəhərsalma sahəsindən gedir.
Petrosyan həmçinin şəhərsalma komitəsinin keçmiş rəhbərini, baş nazir müavininin hazırkı müşavirini və siyasi komitənin hazırki rəhbərini də günahlandırıb. Petrosyan baş nazirin müavini Avinyanla əslində fikir ayrılığı olduğunu da ifadə edib.
Buna cavab olaraq Tiqran Avinyan isə deyib ki, kadastr və şəhərsalma sahələri fərqləndirilməlidir və Petrosyan şəhərsalma problemlərini belə anlamır. Başqa sözlə, Avinyan jurnalistlərə bildirib ki, Petrosyan problemləri ilə, eyni zamanda öz mövqeyi ilə tam başa düşmədiyi siyasətə təsir göstərməyə çalışır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə