Partiyaya mənsubiyyəti olmayan deputatları MSK-da kim təmsil edəcək?

Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil etmək üçün yeni üzv müəyyənləşib. SİA-nın xəbərinə görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Rövzət Afət oğlu Qasımovun Azərbaycan Respublikası Milli Məclisinin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını MSK-da təmsil etmək üçün namizədliyi irəli sürülüb.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib və Q. Qasımov Mərkəzi Seçki Komissiyasının üzvünün təyin edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə