"Distruktiv elementlər bir daha qara niyyətlərini ortaya qoydular" MÖVQE

“Distruktiv elementlər Azərbaycanda belə bir işlər görərək bir daha qara niyyətlərinin olduğunu ortaya qoydular. Onlar Azərbaycanın beynəlxalq əlaqələrinə zərbə vurmaq, ölkəmizin imicini beynəlxalq formada dəyişdirmək istəyirlər. Lakin onlar bu istəklərini heç zaman yerinə yetirə bilməyəcəklər”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Səməd Seyidov parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

O bildirib ki, Azərbaycan prezidentinin apardığı xarici siyasət dünyada ən yüksək səviyyədə qəbul olunur: “Bir neçə gün sonra ən mühüm beynəlxalq təşkilatlardan biri olan Qoşulmama Hərəkatının Azərbaycanda zirvə toplantısı keçiriləcək. Həmin qüvvələr eyni zamanda Azərbaycan-Amerika münasibətlərinə xələl gətirmək istəyirlər. Lakin bu mümkün olan məsələ deyil. İki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir”.

Deputat söyləyib ki, Azərbaycan artıq dünyada qəbul olunan siyasət həyata keçirir: “Ölkəmizin həyata keçirdiyi siyasət regiona inkişaf gətirir. Həmin qüvvələr Azərbaycan prezidentinin islahatlarına zərbə vurmaq istəyirlər. Hesab edirəm ki, hamımız bu hadisələri seyr edərək bir daha başa düşdük ki, ölkə başçısının həyata keçirdiyi siyasət xalqın siyasətdir və heç kim bunun qarşısını ala bilməz”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...