"Onlar bu hərəkətləri ilə Azərbaycan xalqına xəyanət etmiş olurlar"

“Bir neçə gün bundan öncə Milli Şura adlandırlan qüvvələrin növbəti dəfə icazəsi aksiya keçirmək cəhdinin şahidi olduq. Onlar gərginlik yaratmağa cəhd etməklə əsil məramlarını ortaya qoydular”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Kamilə Əliyeva parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, radikal müxalifət qanunlara heç bir əhəmiyyət vermədiyini bir daha göstərdi: “ Bu gün bir qrup radikallar Azərbaycanda hakimiyyətə gəlmək üçün normal demokratik yoldan istifadə etmək istəmir, anti- Azərbaycan qüvvələrdən alınan ianələr hesabına iğtişaşlar yaratmaq istəyirlər”.

Deputatın sözlərinə görə, özlərini “Milli Şura” adlandıran bu şəxslər aldıqları ianələrdən dəbdəbəli həyata sürür, lakin insanları küçə yürüşünə çıxmağa vadar edirlər: “ Onlar bu hərəkətləri ilə Azərbaycan xalqına xəyanət etmiş olurlar. Amma onlar unudurlar ki, Azərbycanda əvvəlki dönəm deyil, özbaşınalıq edib, xaos yarada bilməzlər. Onların istəkləri baş tutmur və bundan sonra da baş tutmayacaq. Çünki Azərbaycan xalqı buna imkan verməcək. Hər kəs qanuna tabe olmalıdır. Qanuna tabe olmayanlar hüquqi müstəvidə onlarla danəışmaq lazım gələcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...