"Radikal müxalifətin əsas fəaliyyəti ölkədə xaosun yaratmaqdır" RƏY-ÖZƏL

“Radikal müxalifətin əsas fəaliyyəti ölkədə uzun illər böyük zəhmətlər hesabına yaradılan sabitliyin pozulmasına və xaosun yaradılmasına xidmət edir. Anti-Azərbaycan qüvvələrə xidmət edən AXCP və Milli Şuranın oktyabrın 19-da şəhərin mərkəzində mitinq keçirmək cəhdi də bunun açıq nümunəsidir. Bunu SİA-ya açıqlamasında millət vəkili Mirkazım Kazımov deyib.

O bildirib ki, hər zaman anti-Azərbaycan, xüsusən də erməni lobbisinin nəzarətində olan AXCP və Milli Şura ağalarından aldığı sifariş əsasında fəaliyyətlərini hər vasitə ilə son 26 ildə Azərbaycanın böyük zəhmətlər hesabına istər ölkəni hərtərəfli inkişafında əldə etdiyi uğurlara, istərsə də beynəlxalq reytinqinə zərbə vurmaq istiqamətində vurub.

Deputat söyləyib ki, Azərbaycan demokratik ölkə olduğundan vətəndaşlarına söz və fikir azadlığını təmin etmək üçün hər cür şərait yaradılıb. “O cümlədən dağıdıcı müxalifət olan AXCP və Milli Şuraya… Bakı Şəhər İcra Hakimiyyəti bu qüvvələrə aksiyalarını keçirmək üçün Lökbatanda keçirməyə icazə versə də, onlar bundan imtina etdi. Səbəb isə aydındır. Birincisi, sosial dayağın olmaması, ikincisi isə anti-Azərbaycan qüvvələrin sifarişini icra edib, ölkədə ictimai asayişi pozaraq xaos yaratmaqdan ibarətdir. Dağıdıcı müxalifət iflasını gördüyündən və arxasında Lökbatana heç kimin getməyəcəyini yaxşı bildiyindən, ikinci varianta üstünlük verərək ağalarının sifarişini icra etməklə, xaos, sabitliyi pozmaq cəhdi yolunu seçdi. Düzdür, 19 oktyabrda bu dağıdıcı qüvvə aksiyanı şəhərin mərkəzində keçirməyə cəhd etsə də, əhali ona dəstək vermədi. Bu, bir daha həmin dağıdıcı qüvvələrin iflası deməkdir”.

İcazəsiz aksiyanın polisin paytaxtın mərkəzində keçirilməsinə imkan verməməsinə gəldikdə M. Kazımov vurğulayıb ki, polis qanunla üzərinə düşən vəzifəni icra edərək, paytaxt sakinlərinin ictimai-asayişini təmin etdi: “İctimai-asayişi pozmağa cəhd edənləri və polisin tələbinə əməl etməyən, müqavimət göstərənlərə qarşı qanun çərçivəsində tədbir gördü. Onlar saxlanılaraq hadisə yerindən uzaqılaşdırıldı”.

Deputat qeyd edib ki, aksiya təşkilatçılarının guya mitinqin ölkədə sosial şəraitin yaxşılaşdırılması, azad seçki və ya Qarabağa azadlıq şüarları altında keçirməsi cəhdi də başdan-ayağa riyakarlıqdan başqa bir şey deyil: “Son 16 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin ana xəttini ölkə vətəndaşının sosial müdafiəsinin gücləndirilməsi və sosil rifah halının yaxşılaşdırılması təşkil edir. 2018-ci ildə keçirilən prezident seçkilərindən də dərhal sonra ölkə başçısı ilk sərəncamları da məhz sosial sahə ilə bağlı olub. Ötən il yarımda Azərbaycan Prezidenti tərəfindən ölkədə sosial sahədə genişmiqyaslı, inqilabi islahatlar həyata keçirilməkdədir. Bu müddət ərzində pensiyalar, minimum əmək haqqları, bütün növ sosial müavinətlər əhəmiyyətli dərəcədə qalxıb. Həttə pensiyalar iki dəfəydək artıb və biz qarşıdakı müddətdə pensiyaların, minimum əmək haqqların, sosial müavinətlərin artacağının şahidi olacağıq. Yaxın zamanlarda 2020-ci ilin dövlət büdcəsi müzakirə olunacaq və bütün bu məsələlər orada əksini tapıb. Odur ki, AXCP və Milli Şuranın bu tələbləri yerində olmayan, sadəcə ucuz divident qazanmağa xidmət edir”.

M. Kazımov əlavə edib ki, radikal müxalifətin “Qarabağa azadlıq” şüarı da siyasi riyakarlıqdan başqa bir şey deyil: “Ali Baş Komandan əsas fəaliyyətini bu istiqamətdə qurub. Ötən müddət ərzində Azərbaycan ordusu inkişaf edib və artıq ordumuz dünyanın ən qüdrətli orduları sırasındandır. Ordumuz işğal altına olan torpaqlarımızı müharibə yolu ilə qısa zaman ərzində azad etməyə hazırdır. Sadəcə bunun üçün münbit bir zaman gözləyirik. Həmin zaman yetişən kimi ordumuz öz sözünü deyəcək və torpaqlarımızı işağldan azad edəcək. 2003-cü ildən keçən müddətdə Azərbaycanın inkişafını görməmək, əldə etdiyi uğurları qulaqardına vurmaq insanlıqdan uzaq bir düşüncədir. Başda Əli Kərimli olmaqla onun kiçik ətrafı Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaqla düşmənlərimizin dəyirmanına su tökür. Ancaq o yanılır. Çünki Azərbaycan xalqı onu dəstəkləmir. Xalq Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşib və onun həyata keçirdiyi islahatları dəstəkləyir. Bir Azəbaycan vətəndaşı və ağsaqqal olaraq AXCP və Milli Şuranın ölkədə sabitliyi pozamağa yönəlik fəaliyyətini pisləyir və onlara nə qədər gec deyil tutduqları bu səhv yoldan çəkinməyə çağırıram. Vətəndaşlarımızı isə Azərbaycanı Suriya, İraq, Liviyanın gününə salmaq istəyən qüvvələrə yox deməyə səsləyirəm”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...