Paşinyan özünün və yaxın ətrafının maaşını artırdı

Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin, 2019-cu ilin iyul ayından etibarən özünün və yaxın ətrafında olan nazirlərin, nazir müavinlərinin əmək haqlarını iki dəfə artırıb. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, erməni baş nazirin əmri ilə olan bu artım ictimaiyyətdən gizlədilir.

Məlumatda qeyd olunur ki, redaksiyadan bir neçə nazirə bu barədə sual ünvanlanıbsa da bir çoxları buna cavab verməkdən imtina edib. Lakin bəzi nazirlər aldıqları əmək haqqını açıqlayıblarsa da bu rəqəmlər bir-biri ilə üst-üstə düşməyib. Məhz bu səbəbdən erməni baş nazirə yazılı sual da ünvanlanıb. Bu suala isə baş nazir Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri vəzifəsini icra edən Armen Xaçatryan cavab verib. A.Xaçatryan etiraf edib ki, həqiqətən də əmək haqlarının artırılması gizli şəkildə həyata keçirilib və ona görə də bu cür məlumatlar açıqlanmır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...