Paşinyana ünvanlanan "Dayan!" çağırışı

İndi aydın oldu ki, Artur Vanetsyanın “Dayan” dediyi zaman nəyi xatırladırmış. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazır.
Qəzet yazır ki, dünən Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın iki qızı və atası Vardan Tovmasyan, sorğu-sual üçün Milli Təhlükəsizlik Xidmətinə çağırılıb. Yazıda qeyd olunur ki, Vardan Tovmasyanın səhhətində ciddi problemlər var və onun səhhətinin pisləşdiyinə və qan təzyiqinin yüksəldiyinə görə sorğular yarımçıq qalıb.

Nəşrin əldə etdiyi məlumata görə, Tovmasyanın MTX-ya çağırılan yaxınlarına da, eyni , Darakert kəndindəki bir mərtəbəli evin damı nə vaxt və hansı vəsaitlə təmir olunub sualını veriblər. Hrayr Tovmasyanın əvvəlcə ən kiçik, sonra böyük qızı jurnalistlərə verdiyi müsahibədə qarajı və maşını haradan aldıqları, hansı vəsaitlərlə alındığı barədə onlara sual verdiklərini deyiblər. Tovmasyanın böyük qızı Gohar Tovmasyan deyib ki, "Hər şey hər kəsə bəllidir, ona görə də o depressiyaya düşmür.

Hrayr Tovmasyanı istefaya məcbur etmək məqsədi ilə tətbiq edilən psixoloji hücum, yaxınlarının Milli Təhlükəsizlik Xidmətinə çağırışı Hrayr Tovmasyanın ailə üzvlərinin təşkil etdiyi mini-mitinqlə nəticələnib. MTX qarşısında siyasi xadimlər, hüquqşünaslar, hüquq müdafiəçiləri toplaşıblar. Bu mini-mitinqdə Dağlıq Qarabağın qondarma keçmiş ombudsmanı Ruben Melikyan, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov, keçmiş ədliyyə naziri Arpine Hovhannisyan, Daşnaktsutyun üzvləri Lilit Galstyan və Artsvik Minasyan, Garnik Isagulyan, Hakob Avetikyan və başqaları da iştirak edib.

Bu mini-mitinqdə Vanesyanın Paşinyana ünvanladığı "Dayan!" çağırışı xatırlanıb. Onların hamısı bəyan ediblər ki, Artur Vanetsyanın istefa verdikdə "Dayan!" deməsində nəyi nəzərdə tutduğu bəllidir və artıq hər şey aydındır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...