“Sabitliyi pozan hər hansı bir təxribatın qarşısı alınmalıdır ” RƏY-ÖZƏL

"Biz dəfələrlə demişik və indi də bəyan edirik ki, ölkəmizin sabitliyini, stabilliyini pozmağa cəhd edənləri və ölkəmizin müstəqilliyini və istiqlaliyyətini təhdid edənləri qətiyyətlə qınayır və pisləyirik". Bunu SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.

Onun sözlərinə görə, ölkədə qanunların aliliyi prinsipindən irəli gələrək, ölkəmizin müstəqilliyini və sabitliyini qorumaq bizim hər birimizin borcudur: "Vətəndaş cəmiyyəti bununla əlaqədar olaraq bütün fəaliyyətlərində insanlar arasında maarifləndirmə işləri aparır. Ölkəmiz demokratik ölkədir, burada iqtidar- müxalifət-vətəndaş cəmiyyəti, digər qurumlar qanun çərçivəsində öz fəaliyyətini göstərir və öz mübarizəsini aparır. Dəfələrlə ölkə Prezidenti də mövcud neqativ hallara qarşı mübarizə aparmaqla şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirməsi, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə aparmağın vacibliyini vurğulayıb. Bizdə bu mövqeyi müdafiə edirik, islahatlar aparılmalıdır və bu islahatlar ölkəmizin inkişafını təmin etməlidir. Ancaq hər hansı bir ölkənin səfirliyinin-ABŞ səfirliyi və yaxud başqası olsun xarici qüvvələrin ölkəmizin siyasətinə müdaxiləsi qətiyyən yolverilməzdir. Bildiyiniz kimi, iqtidar-müxalifət dialoqu baş tutdu və orda bəyanat imzalandı. Bəyanatı da biz hamımız imzaladıq ki, ölkənin siyasətinə xarici müdaxilə hər hansı bir formada yolverilməzdir. Vətəndaş cəmiyyəti olaraq bəyan edirik ki, ölkəmizin stabilliyini, sabitliyini pozan hər hansı bir təxribatın qarşısı alınmalıdır. Dövlətçiliyimiz və hüquqların aliliyi pirinsipi qoruyub saxlanılmalıdır. Əlbəttə ki, bu arada insan hüquqları da pozulmamalıdır, hüquq mühafizə orqanları da öz vəzifələrini qanun çərçivəsində icra etməlidirlər ki, onlarında hər hansı bir təxribatın qarşısını alanda başqa bir təxribatlara yol verilməməlidir. Burda məsələ ondan ibarətdir ki, biz bilirdik ki, radikal qüvvələr belə bir təxribat hazırlayırlar və onlar icazəsiz mitinqin Əli Kərimli başda olmaqla icazəsiz mitinqin keçirilməsini planlaşdırırlar və ona görə də, məsələlər ilə əlaqədar olaraq bütün məsuliyyət onların üzərinə düşür".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...