"Qanunsuz mitinq keçirməyə cəhd edənlərin istəkləri nədir?" ÖZƏL-MÜNASİBƏT

"Avropa ölkələrində mitinq və digər aksiyaların keçirilməsinə bir halda izn verilir ki, sənaye obyektlərinin, inzibatı binaların yaxınlığında və yaşayış massivlərinin içində olmasın, onun təşkilatçıları ictimai asayişin pozulmayacağı, heç kimə və heç nəyə zərər yetirlməməsi haqda öhdəlik götürsünlər. Əks təqdirdə aksiyalara izn verilimir, cəhd olduqda dəyənək, su şırnağı, göz yaşardıcı qaz və rezin güllələrin köməyilə çox amansızlıqla qarşısı alınır". Bunu SİA-ya millət vəkili Sahib Alıyev deyib.

Deputatın sözlərinə görə, ştatlar üzrə fərqlənsə də, bütövlükdə götürdükdə kütləvi aksiyaların keçirilməsi ilə bağlı qanunvericilik ABŞ-da Avropadan daha sərtdir: "Bunun üçün yanğınsöndürmə xidməti, nəqliyyatdan sorumlu qurumlar və polisin yazılı razılığı olmadan bələdiyyəyə gedib mitinq izni ala bilməzsən.

Bu razılıqlar olduqda belə, bələdiyyə istəsə, ən çeşidli səbəblər gətirirərk aksiyaların keçirilməsini rədd edir. İzinsiz aksiyalar isə Avropadakından da daha amansızlıqla dağıdılmaqla yanaşı, üstəlik iğtişaş kimi təsbit edilərək ora qatılanara həbs cəzaları da kəsilir. Məsələn, Nyu Yorkda iğtişaşların 3 kateqoriyası bəlirlənib. "A" kateqoriyası iğtişaşın o növüdür ki, burada 5 və daha çox adam icitimai asayişi pozmağa qalxırlar. Belələri bir il həbsə atıla bilərlər. Sadəcə iznsiz kütləvi aksiya keçirilməsinə görə 3 ayadək iş kəsilir. Bu "B" kateqoriyasına aid iğtişaş kimi qiymətləndirilir. Bir də var kimlərəsə maddi zərər və fiziki xətər yetirilən "E" kateqoriyasına aid olunan iğtişaşlar. Belə iğtişaşların təşkilatçılarını və fəallarını düz beş ilədək məhbəs gözləyir.

Bir az da həmən ölkələrdə aksiyaların necə dağıdılmasına toxunmaq istərdim. Fransada və İspaniyada mitinqə çıxanlarla polisin necə davrandığını son günlər özünüz görürsünüz. Söhbət İspaniyadan gedirsə, vurğulayım ki, bu cür davranış sadəcə separatçılara qarşı tətbiq edilmir. Xatırlayıram, 2012-ci ildə İspaniyanın rüşvətxorluqda suçlandırlan keçmiş Baş nazirinin istefası tələbiylə aksiya keçiriləndə də polis eyni davranışı göstərmiş, onlara qarşı gözyaşardıcı qaz, su şirnağı rezin güllələr və təbii ki dəyənəkdən istifadə etmişdi. Amerika Bİrləşmiş Ştatlarında 2011-ci ildə Ulolt Stritdə, 2014-cü ildə Ferqüssonda polisin Milli Qavardiya ilə birgə aksiyaçılara necə divan tutduqlarını yəqin xatırlayanlar olar. O sıradan cəmisi üç il bundan öncə Donald Trampın istefası tələbiylə keçirilən aksiyaların necə dağıdıldığını da.

Eyni amansız davranış demokratkliyinə kimsənin şübhə etmədiyi digər ölkələrin də təcrübəsində var. Onlar aksiyaçıların üzərinə at və it yeritməkdən də çəkinmirlər. Sonuncu dəfə belə bir olay iki ay yarım bundan öncə Londonda baş verdi. Məhkəmənin gedişindən iznsiz reportaj hazırladığıa görə həbsə atılan jurnalist Tommi Robsonun tərəfdarlarının keçirdikləri etiraz aksiyası atlı polis alayının köməyilə dağıdıldı. Onlarla adam tutulub saxlandı. Yəni burada demokratik sayılan ölkələrin təcrübəsindən yüzlərlə bu cür misallar gətirmək olar. Ona görə də irad bildirənlər nəsə deməmişdən yaxşı olar ki, o təcrübələri də yada salsınlar.

Və bir də oturub düşünsünlər ki, bu Əli Kərimli və Milli Şuradakılar Prezident İlham Əliyevin yanında keçirilən, cəmiyyətdə böyük, eyni zamanda da çox müsbət reaksiya doğruan müşavirədən sonra qanunsuz mitinq təşkil etməkdə nə məqsəd güdürdülər.

Cənab İlham Əliyev aparılan islahatların dərinləşəcəyinin, şəffaflığın artacağının, korrupsiya və rüşvətxorluğunun kökünün kəsilməsi üçün daha təsirli addımlar atılacağının və bunu gələn il hər bir vətəndaşın öz dolanışığında hiss edəcəyinin anonsunu verir, islahatları tormozlamağa çalışan məmurlarla yollarının ayrılacağını deyirdi. Qanunsuz mitinq keçirməyə cəhd edənlərin istəkləri nədir? Atılan və atılacaq bu addımlar onları narahat edir, yoxsa rüşvətxor məmurların tutduqları vəzifələrdən uzaqlaşdırılması?".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...