Ukraynada erməni əsilli məmur vəzifəsindən istefa verib

Erməni əsilli Mixail Bno-Ayriyan Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri vəzifəsindən istefa verib. SİA yerli mətbuata istinadla xəbər verir ki, Ayriyan Prezident Vladimir Zelenskiyə vəzifəsindən azad edilməsi üçün ərizə yazıb.

Qeyd edək ki, Ayriyan son vaxtlar korrupsiya qalmaqalında ittiham edilirdi. O bu vəzifəyə cari ilin iyulun 10-dan təyin edilmişdi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...