Azərbaycan Ali Hərbi Məktəbində Dövlət müstəqilliyi günü qeyd edilib FOTOLAR

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Dövlət müstəqilliyi gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə məktəbin zabit və kursant heyəti iştirak edib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə Ümummilli lider Heydər Əliyevin və müstəqilliyimizin, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni ifa edilib.

Tədbirdə müstəqillik yolunda Ulu Öndərin əvəzsiz fəaliyyətindən danışılıb, bu günün tarixi barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib və Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin getdikcə daha da möhkəmləndiyi vurğulanıb.

Sonda hərbi vətənpərvərlik mövzusunda Xalq artisti Azərinin ifa etdiyi mahnılar tamaşaçılar tərəfindən maraqla dinlənilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə