Fici sahillərində 5,7 bal gücündə zəlzələ baş verib

Sakit okeanda, Fici sahillərində 5,7 bal gücündə zəlzələ baş verib. SİA-nın ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Suva şəhərindən 90 kilometr cənubda, ocağı isə 34 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə