Əli Əlizadə Pakistanın ordu generalı Zubair Mahmud Hayatla görüşüb

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Zubair Mahmud Hayatla görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə Azərbaycan və Pakistanın silahlı qüvvələrinin hərbi və hərbi-texniki sahədə əməkdaşlığından, əlamətdar günlərdə yüksək səviyyəli heyətlə qarşılıqlı iştirakdan məmnunluq ifadə olunub, regionda sülh və sabitliyin təmin olunmasında Pakistan və Azərbaycanın göstərdiyi səylər, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, işğalçı ölkənin vaxtaşırı həyata keçirdiyi təxribatlar, Dağlıq Qarabağ və Kəşmir məsələlərinin BMT-nin qəbul olunmuş qətnamələri əsasında həllinin zəruriliyi haqqında söhbət açılıb, təcrübə mübadiləsi, birgə təlimlərin, qarşılıqlı səfərlərin təşkilinin davamı haqqında fikir mübadiləsi aparılıb.

Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Zübair Mahmud Hayat iki ölkə arasındakı münasibətlərin nümunəvi xarakter aldığını, Pakistanın Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini, Dağlıq Qarabağ məsələsində Pakistanın Azərbaycanı daim dəstəkyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...