"Savadlı, peşəkar kadrlara üstünlük verilməlidir" ÖZƏL-MÜNASİBƏT

"Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən iqtisadi müşavirədə dövlət başçısı ölkədə aparılan islahatlara mane olan yüksək vəzifəli məmurları sərt tənqid edib". Bunu SİA-ya millət vəkili Nəsib Məhəməliyev deyib.

Deputatın sözlərinə görə, Prezident hakimiyyət komandasında olan bəzi məmurların mövqelərindən istifadə edərək şəxsi maraqlarını qorumaq naminə ümumi işə əngəl törətdiyini və belə insanlara qarşı mübarizə aparılacağını vurğulayıb: "Cənab Prezident respublikanın ictimai siyasi həyatında baş verən prosesləri dəqiqliklə izləyir. Dövlət başçısı bir komandada təmsil olunan məmurarın bir- birinə qarşı dözümsüz münasibəti, qeyri-qanuni yollarla, mətbuat vasitəsi ilə bir-birlərini şantaj etməsi məsələsinə reaksiya verdi. Qeyd edim ki, görülən işlərə kölgə salınması, islahatların aparılmasına mane olunması bütövlükdə dövlətə, xalqa vurulan zərbədir . Mən onların kölgəyə çəkilib dövlət əleyhinə təxribat apara biləcəklərinə inanmıram. Çünki, Azərbaycan oturuşmuş möhkəm ölkədir və bizim güclü siyasi iradəyə malik Prezidentimiz var. Onların İlham Əliyevin apardığı dövlətçilik siyasətinə və siyasi kursa qarşı çıxmaq gücü yoxdur. Ən əsası isə xalq onları dəstəkləmir. Xalq Prezidentin arxasındadır və onların hansısa təxribat törədib, nəticə əldə etməsi sıfıra bərabərdir”.

N.Məhəməliyevin fikrinə görə, kadr siyasəti sahəsində görülməli çox iş var. Belə ki, qohumluq əlaqələri olan insanların eyni orqanlarda çalışmasının qarşısının alınmalı, kadr təyinatları tam şəffaflıqla aparılmalı, savadlı, peşəkar kadrlara üstünlük verilməli, qanunsuz himayədarlığın qarşısı alınmalıdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...