Ermənistan partlayış vəziyyətindədir

Ermənistanda qanunverici orqanın hakim qanadı bu günlərdə qızğın mübahisələr şəraitindədir. SİA Ermənistana məxsus armlur.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə gündəlik "Joxovurd" qəzeti yazır. Qəzet yazır ki, Ermənistanda qızğın mübahisə şəraitində olan qanunverici orqanın hakim qanadı bu günlərdə qanuna dəyişiklik və əlavələr haqqında qanun layihəsini tamamlamalıdır. Həmçinin onlar Milli Məclisin dördgünlük iclaslarında bunu müzakirə etməli, qəbul etməli və təsdiqləməlidirlər.

Qəzetin mənbələrinə görə, ilin sonuna qədər Seçki Məcəlləsinin tamamilə dəyişdirilməsi tələbi var, lakin ciddi problemlərlə üzləşdikləri üçün səlahiyyətlilər bunu qısa müddətdə etmək mümkün olmadığı dərk ediblər. Nəşrin əldə etdiyi məlumata əsasən, yerli özünüidarəetmə ilə bağlı bir sıra problemli məqamlar, həmçinin icmanın genişlənməsi ilə bağlı partlayışlı bir şərait hökm sürür. Səlahiyyətlilər bununla bağlı bir problem yaşayır, çünki müxtəlif icmalarda genişləndirmə proqramının icrası ilə bağlı şikayətlərin arası kəsilmir. Buna görə, hökumət potensial problemlərin qarşısını almağı asanlaşdırmaq üçün Seçki Məcəlləsinə dəyişiklik etmək qərarına gəlib. Məhz bu vəziyyətdə ölkədə partlayış şəraiti göz qabağındadır və bunun ermənilər üçün arzuolunmaz nəticələri də qaçılmazdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə