Rusların Qaregin Njdeyə antipatiyası var

Rusiya Xarici İşlər Nazirliyi Garegin Njdenin heykəli ilə bağlı münasibət bildirib. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yaımlanan məlumata istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Garegin Njde haqqında mətbuatda yayılan məlumatlarla əlaqədar yaranan vəziyyətlə bağlı brifinqdə danışıb.

Məlumatda qeyd olunur ki, Krasnodar ərazisindəki Armavir şəhər sakinlərinin Njdenin xatirə lövhəsinin erməni kilsəsi ərazisindən sökülməsini tələb etməsi ilə bağlı sualına, Zaxarova cavab verib ki, Rusiyadakı kilsə dövlətdən ayrıdır. Amma bütün bunların fonunda görünür ki, rusların Qaregin Njdeyə antipatiyası var və bu təkzibedilməzdir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə olaraq Armavirdəki vəziyyətdən, yerli hakimiyyət orqanlarının hərəkətlərindən və Dövlət Dumasının deputatı Leonid Kalaşnikovun xatirə lövhəsinin sökülməsi təşəbbüsünün dəstəklənməsindən xəbərsiz olduğunu da əlavə edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə