"Birləşdirici mövqenin məhz Azərbaycanda olması ölkəmiz üçün çox əhəmiyyətlidir" ÖZƏL-MÜNASİBƏT

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib. Bildiyimiz kimi bu Şura, 10 il əvvəl Naxçıvanda, cənab Prezidentin təklifi ilə yaradılmışdır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Deputat bildirib ki, bu mədəni, iqtisadi, siyasi, tarixi kökləri inteqrasiya edən və türk dünyasının birliyini özündə ehtiva edən bir təşkilatdır: "Təbii ki, Şuranın bu illər ərzində dünyanın mədəniyyətinə, iqtisadiyyatına, inkişafına töhvə verən mesajları olub. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Azərbaycanda keçirilməsi, Azərbaycanın nüfuzunun beynəlxalq aləmdə tanınması və ölkəmizin keçirdiyi xarici siyasətin dünyaya nümayiş olunması kimi əhəmiyyətli mahiyyət daşıyır. Ümumi türk dünyasında birləşdirici mövqenin məhz Azərbaycanda olması ölkəmiz üçün çox əhəmiyyətlidir. Qeyd etmək istərdim ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir sual səsləndirdi “Altı dövlət, bir millət” bu da onu göstərir ki, türk dünyası tarixinə, keçmişinə, mədəniyyətə və qədim tarixi köklərə eyniliklə məxsus olan bir toplumdur".

Deputat onu da vurğulayib ki, bunun Azərbaycan üçün əhəmiyyəti böyükdür: "Məhz Xəzəryanı dövlətlərin,türkdilli dövlətlərin bir araya gəlməsi, Xəzər dənizində karbohidrogen ehtiyyatlarının çıxardılaraq, dünya bazarına çatdırılması və birgə əməkdaşlıqda olan dövlətlər üçün çox effektlidir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 10 illiyinin Azərbaycanda keçirilməsi, türk dünyasında Prezidentimizin qazandığı nüfuzun göstəricisidir”.

Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...