Paşinyanın lazımsız işlərlə məşğul olduğu etiraf olunur

Azərbaycan təbliğatı bizə qarşı geniş miqyasda işləyir və biz bütün xalq olaraq Roma və Milanda qəhvə içməyə hazırlaşırıq. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyası sədrinin müavini Armen Aşotyan öz Facebook səhifəsində yazıb.
O, öz Facebook səhifəsində erməni baş naziri hədəf seçir və hadisələrin belə dinamik şəkildə davam etdiyi bir vəziyyətdə Paşinyanın lazımsız işlərlə məşğul olduğunu qeyd edib.

“Türk qoşunları Suriyanın şimalındadır. Putin Ərdoğanı Moskvaya dəvət edib. Tramp, Ərdoğana rezonans doğuran bir təklif məktubu göndərib. Bakıda türkdilli dövlətlərin liderlərinin sammiti keçirilir. Əliyev Zəngəzur haqqında açıq şəkildə danışır. Azərbaycan təbliğat maşını həm Rusiyada, həm də Qərbdə bizə qarşı bütün gücü ilə işləyir. Azərbaycanlılar sərhəddə təxribatlara hazırlaşırlar.

Ermənilər nə edir? Nikol 10 milyon ağac əkmək üçün söz verir.Xüsusi İstintaq Xidməti Qrayr Tovmasyana qarşı cinayət işi başladır. Respublikaçılar Partiyasının ofisində istintaq qrupu Qrayr Tovmasyan işində “çirk axtarır”. Bəli, həm də bir xalq olaraq Roma və Milanda qəhvə içməyə hazırlaşırıq. Necə ağlı itirməmək olar”, deyə Armen Aşotyan yazıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə