"Həmsədrlərdən əməli iş gözləyirik" RƏY-ÖZƏL

"Həmsədrlərin regiona hər bir səfərinin münaqişənin həlli ilə bağlı konkret xeyri olmasa da, səfərlər zamanı müəyyən faktlar araşdırılır, öyrənilir, hadisələr qiymətləndirilir". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

O bildirib ki, lakin ATƏT-in Minsk qrupu həmsədrlərin səfərlərinin faydasının olmaması təəccüb doğurur: "Artıq uzun illərdir ki, həmsədrlərin regiona səfərləri davam edir. Lakin ortalıqda ciddi fayda yoxdur. Bu bizin narahat edəın məsələdir. Çünki ATƏT-in Minsk Qrupunun üzvi olan 3 ölkə dünyada böyük nüfuzu olan dövlətlərdir. Əgər bu üç dövlət vasitəçilik missiyasını üzərilərinə götürüblərsə, onlar artıq reallıqları əllərinin içi kimi yaxşı bilirlər. Həmsədrlər çox yaxşı bilir ki, hansı ölkə təcavüzkar, hansı isə təcavüzə məruz qalandır. Amma təəssüf ki, Minsk qrupu ölkələri bu barədə qəti bir fikir söyləyə bilmirlər".

Deputat söyləyib ki, istər BMT-nin, istər beynəlxalq təşkilatların Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olması haqqında qətnamələri olsa da, ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələlərdə seyirci mövqe tuturlar: "Həmsdərlər hər dəfə regiona gələndə sadəcə danışıb gedirlər. Gedəndən sonra da təcavüzkarla təcavüzə məruz qalan ölkəni bəzən eyniləşdirir və hətta müəyyən məsələlərdə işğalçı ölkəyə qarşı güzəşt etməyi tövsiyə edirlər. Lakin bizə tövsiyə deyil, 20 faiz torpağımızın işğaldan geri qayıtması lazımdır. 1 milyondan artıq qaçqınımız işğalçılıq siyasətindən əziyyət çəkib, döyüşlərdə, münaqişədə yüzlərlər insanlar ziyan çəkib, öldürülüb, əlil olub. Bütün bunların hamısı faktdır".

Son dövrlər Ermənistanın dünyadakı aşağı olan mövqeyinin biraz da aşağı düşdüyünü deyən T.Rzayev qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gələndən sonra özünün o sərsəm bəyanatları, çıxışları ilə ölkəni daha da pis vəziyyətə qoyub: "Onsuz da Ermənistanda vəziyyət acınacaqlı idi və hazırda vəziyyət daha da ağırlaşıb. Əgər əvvəllər ABŞ, Fransa Rusiya az bir səviyyədə Ermənistana güzəştlər edirdisə, yardım göstərirdisə, artıq bunların hamısı kəsilib. İşğalçı ölkənin ABŞ, Fransa və Rusiya ilə münasibətləri də son dərəcə kəskinləşib. Çünki Paşinyan beynəlxalq hüquq normalarına zidd olan, “Qarabağ Ermənistanındır” kimi bəyanatlar verir. Ancaq BMT və digər beynəlxalq təşkilatlar təsdiq ediblər ki, bu torpaqlar Azərbaycanın torpağıdır. Ona görə də, biz ATƏT-in Minsk qrupu həmsədrlərindən əməli iş gözləyirik, regiona səfər edərkən haqlı mövqe ortaya qoyaraq problemin həlli istiqamətində beynəlxalq hüquq normaları çərçivəsində, sənədlər əsasında addım atmalarını istəyirik".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə