Polis rəisinin intihar şahidi ölkədən qaçıb Ermənistanda

Arutyunyanın intiharının şahidi Ermənistanı tərk edib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Qəzetin öz mənbələrinə istinadən yazdığına görə, həmin gün evində intihar edən keçmiş polis rəisi Ayk Arutyunyanın yanında olan şahid Ermənistanı tərk edib.

Əldə edilən məlumata görə, Ayk Arutyunyanın yanında olan şahid uzun illər polis işçisi olub. Şöbə müdiri işləyərkən hüquq-mühafizə orqanlarının əməkdaşları ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi üzrə cinayət işi açıblar. Lakin ittiham sübuta yetirilməyib və iş məhkəməyə çatmayıb.

Bəs nəyə görə, Arutyunyanın işində ən vacib şahid ölkəni tərk edib? Yəqinki, erməni polis rəisinin intiharının şahidi qorxudan ölkədən qaçıb. Ermənistan İstintaq Komitəsindən nəşrə məlumat veriblər ki, sərhədi keçməyin qadağan olunması yalnız prosessual statusu olan şübhəli və ya təqsirləndirilən şəxsə şamil edilə bilər və qeyd edilib ki, şahid bir neçə gündən sonra guya Ermənistana qayıdacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə