"Kimlərlə və kim mübarizəyə gedir?" ÖZƏL-ŞƏRH

"AXCP sədri yenə mitinq çağırışı edib. Öncə bir balaca yaddaş təzələməsi edək: çünki tam da bu adda və bənzəri adda fəaliyyət göstərən başqa siyasi qüvvələr var və gərək aradabir xatırladaq ki, söhbət hansı Cəbhədən gedir..? – Söhbət parçalanmalardan sonra dibdə qalan qaraguruhdan gedir. O qaraguruhdan ki, qaliba, klassik, bütövçü və modern cəbhəçilər ordan tam uzaqlaşmışlar; əgər üç əsas siyasi xətt üzrə ideoloji mübarizəni yaxud belə demək olarsa, siyasi janrı üstün tutanlar uzaqlaşmışsa, o zaman qalanlar kimdir? – Hansı ideo­logiya üzərində, kimlərlə və kim mübarizəyə gedir?". Bu fikirləri SİA-ya açıqlamasında Milli QHT Forumunun (MQF) İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.

"Bax, Əli Kərimlinin nə öz keçmiş cəbhədaşlarına, nə də keçmiş cəbhədaşlarını qəbul edənlərə qarşı qaramat yağışının bir səbəbi özlüyündən bu ri­torikadan bəlli olur. Daha deyən yoxur, axı sən gərək öz xasiyyətinə, öz mübarizə üsullarına (üsulsuzluğuna) baxasan, problemi özündə, öz üsulsuzluğunda arayasan ki, doğrunu bulasan. Daha topluma nə vermisən ki ala da bilməyəsən?

Siz canınız, “28 may” metrostansiyası yaxınlığında razılaşdırılmamış mitinq keçirmək nə deməkdir? – guya başa düşmürük, eləmi? Başa düşmürük ki, ideoloji deyil, siyasi mənsubiyyətlə deyil, partiya çağırışı ilə deyil, məhz yolları ordan olduğu üçün, işləri orda olduğu üçün yaxud asudə vaxt keçirdikləri məkan o səmtdə olduğu üçün “28 may” insanlarla dolu olur, orası həmişə qələbəlikdir. – Metro­stan­siyasına enən kim, qalxan kim, dəmiryol vağzalına gedən kim, dönən kim… “Asan Xidmət” filialına gedən kim, gələn kim, ADNSU-ya gedən kim, ADNSUdan qayıdan kim… “KitabEvim”ə varan kim, kitab alıb, evinə dönən kim… - İndi bu insanlar bir partiyanın çağırışı iləmi meydana yığışıb deyəcəksən? Öz iş-gücündə olanların yuxarıdan, sağdan-soldan, uzaqdan… fotolarını çəkib, elek­toratımmı deyəcəksən? Deyəcəksən ki, bir çağırışın on minləri meydana yığır? – Əgər siyasi liderin gücü on minləri meydana yığmağa çatırsa, o meydanın illa da metrostansiya çıxışında yerləşməsi şərt deyil. Liderin çağırışı ilə meydana çıxan insan o meydan harda olsa, çıxar. Bəyəm, mitinqinizin çağırışları, qaldıracağınız problemlər yalnız mərkəzdə yaşayanlar üçünmü keçərldir?

Bəs nə oldu, deyirdiz rayonlardan, kənd və qəsəbələrdən gələnlərin, bilməm, qarşısı kəsilib, nə olub, deyə miytinqə gəlib çıxa bilməyiblər. – “Məhsul”dakı mitinqlərdə qatılmçı sayı ilə bağlı mübahisələr olunca, belə demirdizmi? İndi nə deyirsiz, məsələn, Lökbatanlının şəhərin mərkəzinə gəlməsinə qıyırsız, mərkəzdəkinin, məsələn, Lökbatana getməsinə qıymırsız?

Bir də, a sağolmuşlar, mitinqdə nə deyəcəksiz axı, nə? – Zatən bütün günü “yutub”dasız, orda dediklərinizdən artğınımı vəd edirsiz? Ay, hay, siz dediz, biz inandıq…

Deyəcəksiz ki, Türk Dövlət Başçılarının uğurlu Zirvə Görüşü keçirilib, xalqımızı təbrik edir, dövlətimizi alqışlayırıq!?.

Yoxsa, dövlət başçımızın başqa uğurlarını etiraf etməyə özünüzdə güc tapmısız da, bizimmi xəbərimiz yoxdur?..Bilirsiz, nə uğur təqdir edin, nə uğursuzluq gətirin, yalnız toplumun sizə nə yaraşdırdığını idrak edin, yetər…",-deyə, Ə.Qoşalı deyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...