"Gücümüzə güc qatılıb və səsimizə səs verilib" ÖZƏL-MÜNASİBƏT

"Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü 2009-cü ildə Naxçıvanda keçirilmiş Zirvə toplantısının 10 illiyi ərəfəsinə düşdü. Bu müddət ərzində həm tərkibdə (say artıb) genişlənmə olub, həm də xeyli işlər görülüb". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.

"Hesab edirəm ki, türkdilli dövlətlərin arasında bütün sahələrdə - siyasi, iqtisadi və s. əlaqə nə qədər çox olsa, nə qədər yaxın olsa bu bütün türkdilli dövlətlərin xeyrinədir. Hal-hazırda nailiyyətlər və çoxdur. Azərbaycanda TürkPA, Türkiyədə TÜRKSOY, Qazaxıstanda Türk Akademiyası fəaliyyət göstərir və s. Bildiyiniz kimi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına Özbəkistan da qoşuldu. Macarıstan müşahidəçi qismində artıq ikinci dəfədir ki, iştirak edir. Ötən gün Prezident İlham Əliyev Koreyanın rəsmi nümayəndə heyətini qəbul etdi. Onlar da bu əməkdaşlığa görə öz arzularını bildiriblər. Bu əməkdaşlıq bizə nə verir? Ümumiyyətlə bu dövlətlər vahid bir tarixə, söykökə, mədəniyyətə malik olan dövlətlərdir. Yəni bu millətlər bir kökdən ibarət olan millətlərdir. Bu dövlətlər arasında nə qədər yaxın əlaqə, əməkdaşlıq olsa bu türk birliyinin, türk dünyasının əməkdaşlığıdır, əlaqəsidir, birliyidir. Gücümüzə güc qatılıb və səsimizə səs verilib. Hesab edirəm ki, bu əməkdaşlıq daha da güclü olmalıdır. Bu zaman türk dünyasının da səsi eşidilər. Bunlar alqışlanmalıdır”, - deyə, E.Məmmədov fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...