Paşinyanın siyasi sifarişləri davam edir

Qrayr Tovmasyana qarşı icra edilənlər siyasi sifarişdir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Tovmasyanın vəkili Arman Makinyan aysor.am saytına müsahibəsində deyib.

O, öz müsahibəsində qeyd edib ki, Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyana qarşı siyasi təqiblərin olduğu açıq-aşkar görünür. Onun sözlərinə görə, bu məsələyə bir sıra tədbirlər sırası kontekstində baxılmalıdır. Arman Makinyan, Konstitusiya Məhkəməsi sədrinə qarşı cinayət işinin başlanmasının görünməmiş bir hadisə olduğuna diqqəti çəkib.

“Cinayət işinin başlanması artıq siyasi ittihamın irəli sürülməsini təsdiq edir. Burada əslində hüquqi proseslər baş vermir. Qrayr Tovmasyana gəldikdə, ona qarşı siyasi sifariş yerinə yetirilir və məqsəd onun səlahiyyətlərinin nəyin bahasına olursa olsun dayandırılması olduğunu başa düşmək çətin deyil”, deyə vəkil bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə