YAP Şərur rayon təşkilatı özündə 10 600 üzvü birləşdirir

Hazırda Yeni Azərbaycan Partiyası (YAP) Şərur rayon təşkilatının 10 min 628 üzvü var. Doqquz ay ərzində YAP sıralarına 108 üzv qəbul olunub ki, onların da 51 nəfərini qadınlar, 99-nu isə gənclər təşkil edir. Xəbər verilir ki, bu faktlar YAP Şərur Rayon Təşkilatının növbəti şura iclasında səsləndirilib.

Şura iclasında çıxış edən təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev bildirib ki, bəhs olunan dövrdə də Şərur rayonunda bütün sahələrdə inkişaf təmin olunub, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılıb, uğurlar qazanılıb. Bu nailiyyətlərin əldə edilməsində sosial-iqtisadi həyatın bütün sahələrində təmsil olunan YAP üzvlərinin xidmətləri danılmazdır.

Vurğulanıb ki, rayon təşkilatı 2019-cu ilin ötən aylarında öz fəaliyyətini iş planına uyğun qurub. Şura və İdarə Heyətinin yığıncaqlarında əhəmiyyətli məsələlər müzakirə edilib, qərarlar qəbul olunub. Sözügedən dövrdə ərazi ilk partiya təşkilatlarının fəaliyyətinə daim nəzarət edilib.

Əmir Babayev qarşıda duran vəzifələrdən də danışıb. Qeyd olunub ki, ideya-siyasi iş gücləndirilməli, partiya üzvləri təmsil olunduqları təşkilatların işində daha fəal iştirak etməlidirlər. Hər bir partiya üzvü partiyanın Proqram və Nizamnaməsinin tələblərinə əməl etməli, siyasi proseslərdə, rayonda gedən quruculuq-abadlıq işlərində, yaşıllaşdırma tədbirlərində və qarşıya qoyulan digər vəzifələrin həyata keçirilməsində fəallıqlarını davam etdirməlidirlər.

Yığıncaqda YAP Şərur rayon təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yeganə Məmmədova, təşkilatın Gənclər Birliyinin sədri Cahandur Məhərrəmov, rayon Mədəniyyət Şöbəsi ərazi ilk partiya təşkilatının sədri Zərifə Əliyeva və başqaları çıxış ediblər.

Yığıncaqda bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...