Paşinyan hakimiyyətinə ültimativ hədə

Ermənistanın ikinci prezidentinin əleyhdarları, yəni Paşinyan hakimiyyətinin tərəfdarları məhkəmədə vəkil Ayk Alumyanı təhqir etdikləri zaman məhkəmə icraçıları bunu səssizcə izləyiblər. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayılan məlumata istinadən xəbər verir ki, İrəvan şəhərinin ümumi yurisdiksiyası məhkəməsində, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın əleyhdarları Robert Köçəryanın vəkili Ayk Alumyanı təhqir etməyə başlayıblar.

Məlumatda qeyd olunur ki, bu təhqirlərin şahidi olan məhkəmə icraçıları Ayk Alumyanı qəzəbləndirən Robert Köçəryan əleyhdarlarını həddi aşmamağa, normalara riayət etməyə dəvət etməyib və sadəcə, vəkilə olan bu təhqirləri səssizcə izləyiblər.

Vəkil Ayk Alumyan məhkəmə icraçılarına bu səssiz izləmələrinə, müşahidəçi mövqelərinə və etiraz etmədiklərinə görə ittihamlar səsləndirib.

“Niyə bura toplaşmısız? Sizin burada işiniz tamaşa etməkdirmi? Ya burada bunun baş verməməsi üçün tədbirlər görəcəksiz, ya da burada dayanıb bunların hamısını səssizcə seyr etsəniz, mən də birbaşa efir vasitəsilə, canlı efirdə sizin ən yüksək rəhbərliyə belə sözlər deyəcəm", deyə Ayk Alumyan Paşinyan hakimiyyətini ültimativ şəkildə hədələyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...