Nikol Paşinyan Ermənistanı çətin duruma sürükləyib

Azərbaycan genişmiqyaslı mühəndis işləri aparıb. SİA Ermənistan məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Dağlıq Qarabağın Təhlükəsizlik Şurasının keçmiş katibi Vitali Balasanyan bu gün Stepanakertdə keçirdiyi mətbuat konfransında deyib.

Məlumata görə, Balasanyab deyib ki, Azərbaycan sərhəddəki gərginliyin sıfıra endirilməsini təmin edib.
“Bəziləri deyirlər ki, Nikol Paşinyanın dövründə sərhəddə gərginlik azalıb. Bu istifadə olunan məşhur diplomatiyadır. Sərhəddəki gərginliyin sıfıra endirilməsini Azərbaycan təmin edib ", deyə Vitaliy Balasanyan bildirib.

O qeyd edib ki, sadəcə bu müddət ərzində Azərbaycanın Qarabağla Azərbaycan qüvvələri arasındakı təmas xəttində hansı mühəndislik işləri apardığını görmək lazımdır.

“Xüsusilə, müdafiə döyüşü, hücum döyüşü, hava nəzarəti, gündüz nəzarəti, gecə müşahidəsi aparmaq üçün Azərbaycan tərəfi işlər görüb. Görəcəksiz və əmin olacaqsız ki, Nikol Paşinyanın operativ adlandırdığı əlaqə anti-erməni, təhlükəli, ölkənin təhlükəsizliyini pozan danışıqlardır”, deyə V.Balasanyan vurğulayıb.

O qeyd edib ki, Nikol Paşinyan Ermənistanı hərbi vəziyyətə, çətin duruma sürükləyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...