Ərdoğanın Qarabağla bağlı söylədikləri Türkiyə mətbuatında da işıqlandırılıb

Azərbaycan torpaqlarının bütövlüyü şərti ilə Qarabağ məsələsinin ən qısa zamanda həlli üçün əlimizdən gələni edəcəyik. SİA xəbər verir ki, hazırda Bakıda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi bu sözləri Türkiyə mətbuatı da işıqlandırıb.
Xüsusilə, haberler.com saytında qeyd olunur ki, Türkiyə prezidenti Qarabağ məsələsinin sülh yolu ilə həllinə bütün səylərini əsirgəməyəcəyini söyləyib. Saytda vurğulanır ki, Rəcəb Tayyib Ərdoğan bu məsələnin, yəni Qarabağ məsələsinin Azərbaycanın torpaqlarının bütövlüyü çərçivəsində sülh yolu ilə həlli üçün əlindən gələn səyləri göstərəcəyini dilə gətirib.
Ölkəmizdə səfərdə olan Türkiyə prezidentinin Azərbaycan torpaqlarının bütövlüyü şərti ilə Qarabağ məsələsinin həll edilməsinə səy göstərəcəyi barədə söylədikləri xüsusilə, Türkiyəyə məxsus haberler.com saytında yayımlanması ölkələrimiz, bir millət iki dövlət arasındakı münasibətlərin səmimiliyindən xəbər verir. Bu həmçinin ondan xəbər verir ki, Türkiyə hər zaman olduğu kimi yenə də Azərbaycanın yanındadır və ölkəmizi, onun maraqlarını müdafiə edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...