“Sevinci narazı, Həbibi narazı, Arifi narazı...” Oktay Hacımusalı

"Müsavat partiyası qurultay keçirib və Arif Hacılı başqan olub deyə Avropada oturan radikalların söyüş maşınları və qeyri söyüş maşınları yaman narahatdır. Niyə?" SİA xəbər verir ki, bu fikirləri Türkiyədə yaşayan jurnalist Oktay Hacımüsalı bildirib.

"Görəsən bu partiya ilə Avropada oturan radikalların nə əlaqəsi var ki, bunlar qurultaydan sonra belə vaveyla qurublar?", sualını edən jurnalist həmin sualın cavabını belə izah edib. SİTAT: "Məsələn, eks səfir Arif Məmmədovun nəyinə lazımdır ki, adaşı seçiləndən sonra Müsavatı nələr gözləyir? Axı ən yaxşı halda eks səfirin ən yaxşı danışa bildiyi mövzu xalqı xaosa və anarxiyaya səsləmək olub. Ondan başqa heç nəyi düz əməlli bacarmayıb. Ya da hamını Əli Kərimlinin ətrafında birləşməyə çağıra bilər cənab Məmmədov. Ondan o tərəfi onluq deyil.

Ya da Həbib Müntəzir! Ağayi Müntəzir də indiyə kimi qətiyyən belə məsələlərə qarışmayıb. Onun işi-gücü bir ara "elsever.biz", "tinsohbeti" kimi saytcıqlar yaradıb öz aləmində hamını təhqir etmək idi. Sonra "Meydan tv" çıxdı ortaya və Həbibin missiyası azacıq da olsa dəyişdi. Bu dəfə artıq o, ölkədəki proseslərlə bağlı dezinformasiyalar yaratmaq sifarişi almışdı".

"Ağalarının maraqları ilə ziddiyyət təşkil edən hər nə varsa, pisdir, maraqlar üst-üstə düşəndə isə bravo!"

Bu kimi insanların hər birinin təfəkkürlərində gerçək diktatorluq və avtoritarizmin mövcud olduğunu qeyd edən Oktay Hacımusalı həmçinin bildirib ki, ümumiyyətlə, belə şəxslərin maraqlarında olmayan hər nə varsa pisdir: "İçində qocaman bir diktator yatan birisi indi durub demokratiya ilə əlaqəli status yazır. Müsavat qurultayında baş verənləri demokratiyanın süqutu adlandırır. Çox maraqlıdır, Həbibin, daha doğrusu onun əmrinə Müntəzir olduğu ağalarının maraqları ilə ziddiyyət təşkil edən hər nə varsa, pisdir, maraqlar üst-üstə düşəndə isə bravo! Hər şey yolunda!"

"Əli "bəy" efirə qoşulanda az qalırsınız çırtıq çalıb oynayasınız, bu da səbəbsiz deyil bunu bilirik"

Jurnalist, ABŞ-dan sosial şəbəkələr vasitəsi ilə canlı yayımlar yayan Sevinc Osmanqızının da reaksiyalarına ilginc münasibət göstərib: "Gələk Sevinc Osmanqızının reaksiyasına! Adamdan soruşarlar ki, sizin Müsavatla nə əlaqəniz, Sevinc xanım? Sizin ki, canlı yayıma ancaq Əli Kərimlini qoşanda çiçəyiniz cirtlayır və Əli "bəy" efirə qoşulanda az qalırsınız çırtıq çalıb oynayasınız, bu da səbəbsiz deyil bunu bilirik. Çörəyiniz, qrantınız ordan gəlir və Əli Kərimli də heç kimə sirr deyil ki, bu seçkilərdə Tofiq Yaqublunu dəstəkləyirdi. Amma müsavatçılar ona dəstək vermədilər. Əli "bəyə" bağlı olan bəylər və xanımlar isə israrla Tofiq Yaqubluya dəstək verərək Müsavatı qarışdırıb bir qüvvəni özlərinə tərəf çəkmək və bundan da liderləri üçün divident əldə etmək üçün əldən-ayaqdan gedirlər. Necə deyərlər dava yorğan davasıdır. Sevincin də, Arifin də, Həbibin də narazı olmasının da arxasında dayanan məqamlar məhz elə budur..."

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...