Türkdilli xalqların birliyindən ermənilər bərk qorxuya düşüblər

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Dağlıq Qarabağ məsələsinə toxunub. SİA xəbər verir ki, Ermənistana məxsus armlur.am saytı ermenihaberə istinadən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir daha Bakıda Dağlıq Qarabağ münaqişəsindən danışdığını yazır.
Ermənistana məxsus mətbuat səhifələri Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının sammitində iştirak etmək üçün Azərbaycanda olan Ərdoğanın Dağlıq Qarabağ problemi ilə bağlı çıxışını dərc ediblər. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin - Dağlıq Qarabağ və qonşu bölgələrin işğal edilməsi, 1 milyon azərbaycanlının evlərindən, yurd-yuvalarından uzaq, qaçqın kimi yaşamağa məcbur edilməsi ilə bağlı Türkiyə prezidentinin çıxışı Ermənistanda rezonansa səbəb olduğu erməni mətbuatında öz əksini tapır.
Xüsusən, Ərdoğanın, " BMT Baş Məclisindəki çıxışımda mən qeyd etdiyim kimi, bu yolverilməzdir", sözlərinin erməniləri bərk narahat etdiyi erməni KİV-lərində açıq-aşkar görünür. Türkiyənin Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün səy göstərməyə hazır olduğunu Türkiyə prezidentinin vurğulamasını Ermənistana məxsus mətbuat səhifələrinin dərc etməsi isə təsdiq edir ki, türkdilli xalqların birliyi mənfur qonşular tərəfindən izlənilir və buna görə onlar, yəni ermənilər bərk qorxuya düşüblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə