Nazarbayev “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif etdi

Qazaxıstanın birinci prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev Şuranın adının Türk Ölkələrinin Təşkilatına dəyişdirilməsinə təklif edib. SİA xəbər verir ki, bu təklifi Nazarbayev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci sammiti zamanı səsləndirib: "Mənim iki təklifim var. Birincisi "Türk Baxışı 2040" proqramı hazırlansın. İkincisi, Türkdilli ölkələr Şurasının adı dəyişdirilsin və Türk Ölkələrinin Təşkilatı olsun. Hesab edirəm ki, şuranı təşkilat səviyyəsinə qaldırmaq mümkündür. Bununla əlaqədar şuramızı Türk Ölkələri Təşkilatı adlandira bilərik".

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə təşkilatın üzvləridir. Macarıstan isə müşahidəçidir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...