"Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətidir”

Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur". SİA-nın məlumatına görə, bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Ermənistan 30 ilə yaxındır, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir: "İşğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparılır və 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, İslam abidələri və məscidləri dağıdılıb, məhv edilib. Ermənistan müsəlman ölkələri ilə sıx əməkdaşlıq qurmağa çalışır. Ancaq dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etidirir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə