"Türkmənistanı da aramızda görəcəyimizə inanıram" - Ərdoğan

"Milli davalarımızda bir-birimizin yanında durmaq, qardaşlığımızın birgəliyidir. Azərbaycanın öz torpağı Dağlıq Qarabağ və ətraf torpaqların Ermənistanın işğalı altında olması nəticəsində 1 milyondan çox qardaşımızın evlərindən, yurdlarından uzaqda qaçqın və məcburi köçkün şəraitində yaşamaq məcburiyyətində buraxıb". SİA-nın xəbərinə görə, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammitində çıxıç edərkən deyib.

Türkiyə dövlət başçısı BMT-də çıxışı zamanı hazırki vəziyyətin qəbul edilməz olduğunu vurğuladığını dilə gətirib.

O söyləyib ki, Dağlıq Qarabağ münaqişəsi ən qısa zamanda ərazi bütövlüyü çərçivəsində həll olunması üçün əlimidən gələni etməyə davam edəcəyik.

Türkiyə prezidenti bildirib ki, Türk dünyasının bir parçası olan Kıbrıs türklərinin məruz qaldığı haqsız izolasiyaya yardım edilməlidir: "Növbəti ildə Türkiyədə keçiriləcək VIII zirvə toplantısında Türkmənistanı öz aramızda görəcəyimizə inanıram. Tanrı köməyimiz olsun".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...