“Paşinyan çətin ki, bu zərbədən tezliklə ayılsın” RƏY-ÖZƏL

"Prezident İlham Əliyevin Aşqabadda MDB dövlət başçıları şurasının iclasında Ermənistana qarşı kəskin çıxışı beynəlxalq aləmdə geniş rezonas yaratmış və dünya ictimaiyyətləri tərəfindən rəğbətlə qarşılanmışdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Onun sözlərinə görə, çıxışda bir necə dəfə bildirilmişdir ki, Ermənistanın faşizmi bir qəhrəmanlıq kimi təbliğ etməsi yolverilməzdir və bu sülhsevər ictimaiyyətə hörmətsizlikdir: "Çünki dünya faşizmin ağrılarını, fəlakətlərini bu gündə yaşayır və o bəlalar faciələr unudulmazdır. Ancaq Ermənistan faşizmi dövlət siyasəti səviyyəsinə qaldırtmaqla təcavüzkar əməllərindən əl çəkmir və yeni-yeni münaqişələrə zəmin yaradır. Ermənistan təcavüzkardır, bu dövlət bir çox xalqlara vaxtı ilə qənim kəsilən, minlərlə insanı qətilə yetirən kəndləri, şəhərləri viran qoyan cinayətkarlara milli qəhrəman imici qazandırır və ona heykəl qoyur, adını küçələrə, məktəblərə verir. Qaregin Njde ləqəbi tanınan və alman faşizminə xidmət edən satqına heykəl ucaldılır. Prezident İlham Əliyev Ermənistanın bu mövqeyini ölkənin baş naziri Paşinyanın üzünə deməklə belə bir təbliğatın bəşəriyyət üçün qəbuledilməz olduğunu göstərdi. Bildirdi ki, dünya ictimaiyyəti Qaregin Njdenin heykəlinin ucalmasına əleyhinə çıxdığı bir halda ölkə rəhbəri buna məhəl qoymalıdır. Əksinə faşizmin təbliğatını daha da genişləndirir. Heykəl qoyularkən Rusiyanın da etirazı nəzərə alınmadı, halbuki, faşizmdən əziyyət çəkən ən çox rus xalqı olub. Ermənistan İkinci Dünya Müharibəsində sovetlər ittifaqının tərkibində olmasına baxmayaraq Qaregin Njde kimi faşist xislətli oğulları və qızları ilə ruslara xəyanət etmiş, onların qətilinə şərait yaratmış və özləri bu qırğınlarda bilavasitə iştirak etmişlər. Yerənavda Qaregin Njdeyə heykəl qoyulması Rusiya xalqına, bu ölkədə yaşayan insanlara, Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə hörmətsizlik, sayğısızlıqdır. Bu barədə vaxtı ilə Rusiya rəhbərliyi də öz sözünü demişdir. Ancaq çox təəssüflər olsun ki, Ermənistan buna heç bir reaksiya vermədi və faşistin heykəlini götürmədi. Prezident İlham Əliyevin çıxışı çox qətiyyətli, tarixi, həm də gözlənilən idi. Paşinyan çətin ki, bu zərbədən tezliklə ayılsın. Çünki ölkə rəhbərimizin sözləri dünya ictimaiyyətinin fikirləri ilə üst-üstə düşür və bəşəriyyət üçün tarixi əhəmiyyətə malikdir. Faşizmin dəhşətlərini görən və eşidən insan bəşəriyyətin gələcəyi naminə heç vaxt onu təbliğ etməməlidir. Əgər o bu yolu seçirsə əlbəttə ki, insanlığa xəyanət edir".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...