“Ermənistanda faşizmə xidmət edən satqına heykəl qoyulması pislənilib” RƏY-ÖZƏL

"Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskuğsiya Klubunda “ Qarabağ Azərbaycanındır!” nidasını səsləndirməklə Qarabağ münaqişəsinin həlli milli ideya və hərəkata çevrildi". Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, Aşqabadda keçirilən MDB dövlət başçılarının zirvə görüşündə gündəlikdə olan Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi ilə əlaqədar dövlət başçılarının birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciətidir: "Prezident İlham Əliyev çıxışında Azərbaycan xalqının bu müharibədə fədakarlıq nümayiş etdirdiyi və ən əsası Bakı neftinin müharibədə oynadığı roldan danışaraq qələbədə Azərbaycanında mühüm rolu olduğunu qeyd etdi. Ermənistanda isə faşist cəlladı, satqın faşistlərə xidmət edən Qaregin Njde ləqəbi ilə tanınan Qaregin Ter-Arutyunyana Yerevanın mərkəzində heykəl qoyulub. Dəfələrlə bu heykəlin götürülməsi ilə əlaqədar MDB ölkələrindən olan müharibə veteranları müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Qaregin Njde “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur” şüarı ilə Böyük Vətən Müharibəsində faşizmə xidmət etmişdir. Əgər biz burada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak ediriksə onda Ermənistanın İrəvanın mərkəzində faşistlərə xidmət edən, sovet xalqına qarşı soyqırım həyata keçirən Qaregin Njdeye heykəlinin qoyulması Böyük Vətən müharibəsində şəhid olanların, iştirakçıların ruhuna bir ləkə olduğunu qeyd etməliyik. Paşinyan hakimiyyəti keçmiş rəhbərliyin Ermənistana vurduğu qara ləkədən və rüsvayçılıqdan qurtarmaq üçün Qaregin Njdenin heykəlini sökməlidir. Faşizmə xidmət edən, faşizmin qəhrəmanına MDB məkanında yer olmamalı, MDB-də Böyük Vətən Müharibəsində qəhrəmanlıq göstərmiş əsl qəhrəmanların xatirəsi əbədiləşdirilməlidir ki, gələcək nəsillərdə bunun haqqında dərin məlumata malik olsunlar. Paşinyan isə həmişəki, kimi sərsəm çıxışı ilə iclas iştirakçılarına yalan, heç bir həqiqətə söykənməyən arqument gətirdi. Sonda isə Cənab Prezidentimiz onun bu arqumentlərini faş etdi, yalan olduğunu iclas iştirakçılarının nəzərinə çatdırdı. Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin bəyanatında Müdafiə Naziri Soyqunun redaksiyası altında 12 cildlik nəşrdə də Ermənistanın faşizmə xidmət edən, satqına heykəl qoyulması pislənilmişdir. Lakin Ermənistan hakimiyyəti buna məhəl qoymur".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə