“Bakı və Yerevan arasında olan qeyri-rəsmi siyasi dialoqda Prezident İlham Əliyev qalibdir”

“Bakı və Yerevan arasında olan qeyri-rəsmi siyasi dialoqda Azərbaycan Prezidenti İlham Əliyev qalibdir. İlk növbədə, iş ondadır ki, İlham Əliyev hər kəs tərəfindən qəbul olunan tarixi faktlardan danışır. Nikol Paşinyan isə yalnız Ermənistanın mövqeyindən çıxış edir. Hansı ki, Yerevandan başqa bu mövqeyi heç kim nəzərdən belə keçirmir”.

Bunu "Report"un Rusiya bürosuna açıqlamasında politoloq, "Vestnik Kavkaza" İnformasiya Agentliyinin baş direktorunun müavini Andrey Petrov deyib. O, bildirib ki, Nikol Paşinyanın mövqeyi zəifdir: “Əlbəttə ki, Nikol Paşinyanın mövqeyi həmişə zəifdir. Əgər o, ən yaxşı arqumentlərini gətirsə belə, hər kəs başa düşür ki, həqiqətdə bu, belə deyil. Buna görə də İlham Əliyev güclü mövqedən çıxış edir. Güclü mövqe isə ondan ibarətdir ki, İlham Əliyev olan faktları qeyd edir və sənədlərə əsaslanır. Ermənistanın indiki mövqeyi isə ondan ibarətdir ki, öz fikirlərini daha çox piar etsinlər və dünya ictimaiyyətinin nəzərini mövcud faktlardan yayındırsınlar. Ona görə İlham Əliyevin mövqeyi idealdır. O, şəxsi münasibət bildirmir, rəsmi Bakının mövqeyinin təbliğatı ilə məşğul olmur. Məhz buna görə İlham Əliyev bu dialoqda həmişə qalibdir. Paşinyan yalnız şəxsi fikirlərini, İlham Əliyev isə mövcud olanı deyir”.

Rusiyalı ekspert nasizmin qəhrəmanlaşdırılmasına münasibətdə Rusiyanın mövqeyinin İlham Əliyevin sitat gətirdiyi sənədlərdə göstərildiyini bildirib: “Rusiyanın mövqeyi İlham Əliyevin sitat gətirdiyi sənədlərdə göstərilib. 2016-ci ildə Qaregin Njdenin abidəsi Ermənistanda quraşdırılanda “Vestnik Qafqaza” olaraq Rusiya Xarici İşlər Nazirliyinə sorğu göndərdik. XİN sözçüsü Mariya Zaxarova isə bildirdi ki, biz anlamırıq, bu abidə niyə quraşdırılıb. Və onun bu konkret sözləri Ermənistan millətçiləri arasında bir çaxnaşmaya və narazılıqlara səbəb oldu. O vaxtdan Rusiya XİN-in hesabatından da göründüyü kimi, mövqeyi bir addım da dəyişməyib. Njde tarixi faktlara, məlum sənədlərə əsasən, Rusiya üçün faşistlərin köməkçisi kimi qiymətləndirilir. Burada heç nə dəyişməyib və dəyişə də bilməz. Rusiya üçün onun Ermənistanda necə qiymətləndirildiyi deyil, sənədlərdə onun kim olduğu vacibdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...