Suriya erməniləri barədə suala Anna Naqdalyandan müəmmalı cavab

Suriyanın şimalında üç minə yaxın erməni var. SİA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan məlumat verib.

Onun sözlərinə görə, ermənilərin yaşadığı bölgələrdə hərbi qarşıdurmalar yoxdur və buna görə də onların təxliyə edilməsi məsələsinin gündəmdə deyil. Anna Naqdalyan bildirib ki, Dəməşqdəki Ermənistan səfirliyi və Hələbdəki Baş Konsulluğu Suriyanın şimalındakı erməni icma quruluşları ilə daim təmasdadır.

Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, həmvətənlərinin yaşayış yerlərini tərk etmək istəklərini bildirdikləri zaman onlara kömək ediləcəkdir.

Rəsmi İrəvanın Suriyaya qoşun göndərmə ehtimalını nəzərdən keçirməməsi ilə bağlı suala cavab verən Nağdalyan, davamlı dəyişən vəziyyətdə hadisələrin inkişafının müxtəlif variantları və Suriyadakı soydaşlarına necə kömək ediləcəyi barədə məsələyə baxıldığını deyib. Daha döğrusu Xarici İşlər Nazirliyinin sözçüsü bu suala müəmmalı cavab verib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...