Kraliça parlamenti açıq elan etdi FOTOLAR

Böyük Britaniya kraliçası II Yelizaveta ölkə parlamentinin növbəti sessiyasını açıb. SİA interfax.ru-ya istinadən xəbər verir ki, əvvəlki sessiya 2017-ci ilin 21 iyununda başlamışdı və 839 təqvim günü davam etmişdi.

II Elizaveta mərasimin açılışına karetada, kralın süvari qvardiyasının müşayiəti ilə qatılıb. Mərasim ənənəvi olaraq, Vestmister sarayının lordlar palatasında baş tutub. Maraqlıdır ki, kralişa mərasimdə çəkisi 1,5 kq olan imperator tacını deyil, IV Georqun diademasını istifadə edib. Belə ki, imperator tacı artıq ona ağırlıq edir və diskomfort yaradır. Ona görə də, diademanı xüsusi məxməri yastıqcada parlamentə gətiriblər.

II Elizaveta lordlar palatasına öz oğlu – şahzadə Çarlzla gəlib. Belə ki, onun əri - şahzadə Filip 2017-ci ildə işlərdən kənara çəkilib və mərasim cavabdehliyini təhvil verib.

Parlamentin açılışı ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib. Xüsusi öyrədilmiş xidməti itlər Kral qalereyasını dəfələrlə yoxlayıblar. Kraliçanın gəlişinə az müddət qalmış qvardiya yomenləri – cangüdənlərin başçıları binanın zirzəmilərini diqqətlə yoxlayıblar. Mərasimdə lordlar palatasının üzvləri, diplomatlar və eləcə də məhkəmə sisteminin nümayəndələri iştirak ediblər.

Parlamentin yeni sessiyası ənənəvi olaraq, kraliçanın nitqi ilə açılıb. Həmin nitqdə monarx hökumətin mətnini oxuyur və qarşıdakı ildəki prioritetləri səsləndirir.

Kraliçanın ənənəvi olaraq parlamentdə oxuduğu taxt-tac nitqini Böyük Britaniyanın nazirlər kabineti hazırlayıb. O, artıq 65-ci dəfədir ki, parlament qarşısında mətn oxuyur. Yeni parlament sessiyası rəsmi olaraq kraliçanın binanı tərk etməsindən sonra başlayır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə