"Türkiyə və Azərbaycanın problemlərini dünyaya çatdırmağa çalışırıq"

"Bu gün Türk Dünyasının gözü və ürəyi Bakıdadır. Bakıda Türk Şurasının Zirvə Görüşü keçirilir. Bu ildən Türk Şurasına sədrlik Azərbaycana keçir və Türk Şurası ilə bağlı mühüm qərarlar Bakıda qəbul olunacaq. Qlobal Jurnalistlər Şurasına və Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğluna bu toplantının Bakıda keçirilməsində dəstəyinə görə təşəkkür edirəm". SİA-nın xəbərinə görə bu fikirləri Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov " Qlobal medianın inkişaf trendləri: Risklər və İmkanlar" Bakı Beynəlxalq Media Konfransında çıxış edərkən deyib.

Azərbaycanın gördüyü işin haqlı, ədalətli olduğunu vurğulayan Ə.Həsənov bildirib ki, Azərbaycanda müxtəlif xalqlar və dinlərin nümayəndələri mültikultural cəmiyyətdə yaşayır: "Azərbaycançılıq ideologiyası ölkəmizdə yaşayan bütün xalqların və dinlərin nümayəndələrin birliyini, vahid amal uğrunda mübarizəsini, dövlətin onların yanında olmasını hədəfləyən bir ideologiyadır. Təəssüf ki, bu gün dünyada haqqa, ədalətə qarşı olan dövlətlər var və onların qurduğu rejimlər sülhü də təhdid edir, xalqları öz yurd-yuvasından didərgin salır. Bu gün Yaxın Şərqdə, Avropada yaşanan qaçqın-köçkün fəlakətini 20 il əvvəl biz yaşamışıq. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, 1 milyondan çox insanı yurd-yuvasından didərgin salıb. Biz o insanlar üçün haqq, ədalət arayırıq. Beynəlxalq təkilatarın qəbul etdiyi qərarlar ikilistandartlar nəticəsində həyta keçmir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində torpaqların qeyd-şərtsiz azad edilməsi, insanların torpaqlarına qaytarılması əks olunub. Ancaq 20 ildən çoxdur ki, qətnamələr yerinə yetirilmir. Təəssüf ki, müasir dünyanın ədalətsizlikləri fonunda bu işal davam edir. Görün o böyüklükdə Türkyənin başına oyun asçmaq üçün hansı ədadətsizliklər edirlər. 100 il əvvəl olmayan hadisə ilə bağlı Türkiyəni soyqırımda ittiham edirlər".

Prezidentin köməkçisi qeyd edib ki, erməni daşnaklar dəfərlərlə Azərbaycan və Anadolu türklərinə qarşı soyqırımlar törədiblər: "1915-ci ildə Türkiyəni parçalamaq üçün hərəkat yaradanlar Türkyiədə yaşayan satqın ermənilər və onlardan yaradılan dəstələr olub. Ondan sonra dünyada çoxlu sayda Türkyə diplomatını qətlə yetiriblər. 20-ci yüzillikdə 3 dəfə – 1905-1907, 1918-1920 və 1988-1993-cü illərdə azərbaycanlılara qarşı soyqırımlar törədiblər".

Ə.Həsənov deyib ki, "Qlobal medianın inkişaf trendləri: Risklər və İmkanlar" Bakı Beynəlxalq Media konfransı Azərbaycan həqiqətlərini çatdırmaq üçün yeni imkan yaradır: "Azərbaycanın mövcud inkişafını isə görürsünüz. Ölkəmiz bu gün bölgənin və dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Azərbaycan neft-qaz gəlirləri qeyri-neft sektorunun inkişafına yönəldilib. Azərbaycan mediasının inkişafı üçün bu imkanlardan istifadə edərək gözəl şərait yaratmışıq. Azərbaycanda media azad şəkildə inkişaf edir. Bu gün ölkədə 10 milyon insandan 8 milyonu İnternet istifadəçisidir. 3 milyon insanımız sosial şəbəkələrdə informasyia ehtiyaclarını ödəyirlər. Sosial media Azərbaycan mediasının beynəlxalq media ilə əlaqələrin inkişafına mühüm təsir göstərir. Dövlət azad mediaya dəstək verir. Azərbaycan azsaylı dövlətlərdəndir ki, medianın inkişafı üçün qrantlar, maliyyə yardımı ayrılır, media təmsilçiləri üçün evlər tikilir, onların lazımi təhsil almasına dəstək verilir. Qəzetlərin borcları silinib. Azərbaycan dövləti plüralist cəmiyyətin tərəfdarı olub və buna dəstək verib. Biz medianın imkanlarından istifadə edib həm Türkiyənin həm Azərbaycanın problemlərini dünyaya çatdırmağa çalışırıq. Biz hər iki dövlətin sülh və inkişafı dəstəklədiyini dünyaya çatdırmağa çalışırıq. Təəssüf ki, bu gün dünyada İslama və türklərə qarşı müəyyən siyasətlər həyata keçirməkdədir. Bəzi qüvvələr media qurumları bizə qarış fəaliyyət aparır". Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan və Türkiyə arasında münasibətlərin təməli sağlam qoyulub: "Biz diaspomuzu və mediamızı birləşdirməli və haqsızlıqlarla birgə mübarizə aparmlıyıq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...