“Faşist təəssübkeşini başının üstündə gəzdirən elə faşistin özüdür” RƏY-ÖZƏL

"Prezident İlham Əliyevin Aşqabadda, MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı əslində “Valday” dalğasının uğurlu davamı idi və Paşinyanın, faşist təfəkkürlü Ermənistan dövlətinin ifşasına yönəlmişdi". Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.

Onun sözlərinə görə, ən üst, ən maksimum səviyyədə də bəhrəsini verdi: "Bəli, İlham Əliyev qarşısında Ermənistanın baş naziri çox çıxılmaz vəziyyətə düşmüşdü, hətta arada istədi vəziyyəti bərpa eləsin, öz aləmində ona cavab versin, amma danışıb özünü daha da batırdı. Çünki düşünmədi ki, İlham Əliyevdən daha bir sərrast qarşılıq gələr. Bu çıxış kontekstində iki nüansı xüsusən qabartmaq lazımdır. Birincisi, masadakı digər dövlət başçıları çox diplomatik şəkildə Prezident İlham Əliyevə öz dəstəklərini ifadə etdilər. Hətta Paşinyanın bərbad cavabından sonra Belarus Prezidenti danışıq vaxtını İlham Əliyevə ötürdü ki, məqamında cavab verilsin. Putin isə öz çıxışında istinad göstərmədən xüsusi qeydlə, altını çizərək vurğuladı ki, faşizmə dəstək heç bir halda qəbul olunan deyil. İkinci məqam isə budur ki, İlham Əliyev Ermənistan dövlətinin iç üzünü, mahiyyətini açdı. Üstəlik, hamıya açıq mətnlə bəyan etdi və göstərdi ki, Qarigen Njdenin timsalında, bu faşist təəssübkeşinə abidə ucaltmağın nümunəsində Ermənistanın bu günki fəlsəfəsi, həyata baxışı əslində nədir. Yəni, eynidir. Faşist təfəkkürünə dəstək verən, faşist təəssübkeşini başının üstündə gəzdirən elə faşistin özüdür, faşist ağıldadır, faşistin təkidir. Cənab Prezidentə bir tək siyasətçi olaraq deyil, həm də bir vətəndaş olaraq təşəkkür edirəm ki, bütün dünyaya Ermənistanın əsl simasını, sifətini növbəti dəfə göstərdi. Prezident İlham Əliyev Paşinyanı pərt və çıxılmaz duruma saldı, qəsbkar düşmənin kim və hansı xislətə sahib olduğunu hamıya duyurdu, bəyan etdi".

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə