III Reyxin simvolları Ermənistanın siyasi-ictimai həyatında FOTOLAR

Prezident İlham Əliyevin Aşqabad bəyanatı böyük rezonans doğurub

Bu gün Ermənistanda faşizm ideologiyasının təbliği və bu ideologiyanın simvollarını əks etdirən çoxsaylı faktlar, sübutlar mövcuddur. Əbəs deyil ki, Ermənistanın bir sıra siyasi təşkilatlarının gerb və simvollarında da bənzər məqamlar kifayət qədərdir. Misal üçün, Ermənistanın Respublika partiyasının əsas simvolu bilavasitə faşist Almaniyasının – III Reyxin simvolu ilə demək olar ki, üst-üstə düşür. Məhz bu baxımdan, həm də belə qənaətə gəlmək mümkündür ki, faşizmin təbliğatı Ermənistanda bu gün də aparılır.

Belə ki, təkcə Qaregin Njdeyə ucaldılmış 6 metrlik abidə və bu abidənin keçmiş prezident Serj Sarksyan hakimiyyətinin zamanında qoyulması, eyni zamanda, onun hakimiyyətini devirərək iqtidara yiyələnmiş baş nazir Nikol Paşinyanın hər vəchlə bu abidəni qorumaq cəhdləri artıq kifayət qədər sübut edir ki, Ermənistanda hansı siyasi güclərin hakimiyyətdə olmasına baxmayaraq, bu ölkədə faşizmin təbliğatı hər zaman olub.

Yeri gəlmişkən, onu da xatırlatmaq olar ki, hələ 2004-cü ildə Ermənistanın Respublika partiyası “Qaregin Njde və onun təlimləri” Yerevan nəşriyyatı tərəfindən buraxılaraq, erməni ictimaiyyətinə təqdim olunmuşdu.

Ermənistanın istər keçmiş, istərsə də hazırkı rəhbərlikləri kəskin şəkildə qınamalı, belə simvolikalardan əl çəkməsi tələb etməlidir!

Məhz bu reallıqlardan çıxış edərək, Azərbaycan Prezidenti cənab İlham Əliyev Aşqabadda MDB ölkələrinin dövlət başçılarının görüşündəki çıxışında sözügedən məqamları diqqətə çəkərək vurğulayıb ki, Ermənistanın keçmiş hökuməti Yerevanın mərkəzində alman faşistlərinə Qaregin Njde ləqəbi ilə xidmət edən faşist cəllad və satqın Qaregin Ter-Arutyunyana abidə qoymuşdu. Dövlət başçısı qeyd edib ki, MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qismi Ermənistanın əvvəlki rəhbərliyinin bu addımına dəfələrlə sərt etiraz ediblər. Ölkə başçımızın bu fikirləri böyük rezonans doğurub və alqışlanıb.

Əbəs deyil ki, cənab İlham Əliyev çıxışı əsnasında Rusiya Xarici İşlər Nazirliyinin may ayında çıxan “Nasizmin qəhrəmanlaşdırılması ilə bağlı vəziyyət” adlı hesabatından da sitat gətirib.

“Xüsusilə bu hesabatda deyilir ki, Ermənistanın keçmiş hakim Respublika Partiyası Qaregin Njde kimi millətçi siyasətçinin xatirəsini əbədiləşdirmək üçün addım atdı. Burada Üçüncü Reyxlə əməkdaşlıq haqqında məlumat var. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir”, deyə ölkəmizin başçısı xatırladıb.

Prezident İlham Əliyev, Qaregin Njdenin Sovet hökuməti tərəfindən sonradan həbs edildiyini və Vladimirsk həbsxanasında öldüyünü xatırladıb:

“Təəssüf ki, Ermənistanın yeni hökuməti bu abidəni demontaj etməyib. Hesab edirəm ki, faşizmin qəhrəmanlaşdırılmasına MDB məkanında yer yoxdur”.

Beləliklə, bir daha sübut olunur ki, bu gün ermənilərin faşizm qəddarlığını dəstəkləmələri, faşizm simvollarından istifadə etmələri, eləcə də faşizmə xidmət edən şəxsləri bütləşdirmələri, qəhrəmanlaşdırmaları artıq onların siyasi-ictimai, dövlət idarəçiliyi və s. faktorlarına qədər sirayət edib. Bu, həm də işğalçı, təcavüzkar Ermənistanın real, həqiqi üzünün aşkar göstəricisidir. Nə qədər gec deyil, dünya ictimaiyyəti, xüsusilə III Reyxin qaniçənliyindən əziyyət çəkmiş ölkələr və xalqlar faşizm cücərtilərinin qarşısını almaq üçün əməli işlər görməli, Ermənistanın istər keçmiş, istərsə də hazırkı rəhbərliklərini kəskin şəkildə qınamalı, belə simvolikalardan əl çəkmələrini tələb etməlidir!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...