“Ermənistan bununla Qərbdən siyasi divident umur” ŞƏRH - ÖZƏL

“Qaregin Njde Ermənistanın Respublikaçılar Partiyasının baş ideoloqudur. Ümumiyyətlə, Ermənistanda fazişm ideologiyasından çəkinmirlər. Hətta Daşnakstyün partiyasının nizamnaməsində belə müharibə, faşizm təsbit olunub”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

O bildirib ki, Azərbaycan cəmiyyəti hələ erməniləri tap tanıya biləyib: “Çünki onların elə işləri var ki, biz o haqda məlumatlı deyilik. Ermənistanda faşizm ənənələri yaşayır. Onlar üçün faşizm elementləri qonşulara qarşı müharibəyə hazır olmaq, ərazi iddiasını daim aktual saxlamaq məqsədinin tərkib hissəsidir”.

"Ermənistanın normal münsaibətdə olduğu heç bir qonşusu olmadığını deyən politoloq söyləyib ki, düşmən ölkə Azərbaycanın 20 faiz torpaqlarını işğal etməklə yanaşı, Türkiyəyə qarşı da ərazi, soyqırımı iddiasındadır: “Amma heç kim bilmir ki, Ermənistan Vatikandan bir qrup gətirərək İranın Şərq hissəsinin xristian torpaq olduğunu sübut etdi. Lakin İranda müəyyən qrup adam cənnətə gedən yolun Ermənustanın tüpürcəyindən keçdiyinə düşünür. Hətta Ermənistanın Vatikandan İran İslam Respublikasının ərazisinə xristian niyyəti ilə gətirdiyi qrupu dövlət rəsmiləri qəbul edərək, onlara şərait də yaratdı. Bundan başqa işğalçı ölkə daim Gürcüstanla ərazi mübahisəsindədir. Biz düşmən ölkənin daha çox Azərbaycan və Türkiyəyə qarşı atdığı addımlara fokuslandığımız üçün onun digər dövlətlərə qarşı olan iddialarını arxa planda saxlamışıq”.

M. Əhmədoğlu vurğulayıb ki, Ermənistan faşizm ənənəsini yaşatdığını nümayiş etdirməklə lazım olan təqdirdə bir an içində istənilən əraziyə girib vəhşilik edə biləcəyini göstərir: “ Vaxtilə Azərbaycan ərazisinə daxil olaraq səfələrlə vəhşilik ediblər. İndidə kəlbəcərli girovlarımız Dilqəm Əsgərov, Şahbaz Quliyevin başına açılanlar faşizm elementləridir. Ermənistan marağı olduğu dövlətlərə istənilən vaxt fazişm göstərməklə onların ərazi bütövlüyünü pozmağa hazır olduğunu göstərir. Ona görə də Njdeçilik orada idalogiyadır. Onlar bu ideologiyadan istifadə edərək müəyyən mənada vəsait qazanırlar”.

Düşmən ölkədə Qaregin Njdenin şərəfinə abidənin ucaldılması səbəblərindən söz açan politoloq qeyd edib ki, uzun müddət dünyada faşizm üzərində qələbənin sahibi tək Rusiya hesab olundugundan Ermənistan buna şərik çıxmağa çalışır: “Ermənistan bununla Qərbdən siyasi divident umur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə