Azərbaycanla Qazaxıstan arasında önəmli saziş imzalandı

Azərbaycan və Qazaxıstan hökumətləri arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında saziş imzalandı. SİA xəbər verir ki, bununla da Azərbaycan vətəndaşlarının qarşılıqlı vizasız girişi və çıxışı haqqında sazişə dəyişiklik edildi. Sazişi Azərbaycan tərəfdən xarici içşlər naziri Elmar Məmmədyarov, Qazaxıstan tərəfdən daxili işlər naziri Yerlan Turqumbayev imzalayıblar.

Həmin sazişə görə, Azərbaycan vətəndaşları Qazaxıstan Respublikasında 30 gün qeydiyyatsız qala bilər, bu müddətdən sonra onlar qeydiyyatdan keçməlidirlər, sonra isə daha 60 gün Qazaxıstanda qalmaq hüququnu əldə edəcəklər.

Qeyd edək ki, Azərbaycanın heç bir ölkə ilə miqrasiya sahəsində belə bir razılaşması yoxdur. Bu isə onu göstərir ki, son illərdə bu ölkə ilə bütün sahələrdə əməkdaşlıq ən yüksək səviyyəyə çatıb. Bu xəbər əlbəttə ki, Qazaxıstanda müvəqqəti yaşayan Azərbaycan vətəndaşları üçün sevindirici olacaq. Çünki bu günə qədər Qazaxıstanda Azərbaycan vətəndaşları ancaq bir ay ərzində müvəqqəti qeydiyyata düşə bilərdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə