Fazil Mustafa Elçibəyin uğursuzluğundan danışdı və... MAURİNOYA BƏNZƏTDİ

Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa müsahibəsində vaxtilə təmsil olunduğu AXCP-nin mərhum sədri Əbülfəz Elçibəy barədə danışıb və onu futbol məşqçisi Mourinoya bənzətdiyini deyib. Elçibəyi məşqçi obrazında görərkən, uğurları ilə yanaşı, uğursuzluqlarının da olduğunu deyən F.Mustafa onu emosional və macəra davranışı sərgiləyən məşqçi kimi də gördüyünü deyib. “Bu da uğur da gətirir, bəzən uğursuzluq da”, deyə partiya sədri qeyd edib.

O, həmçinin bildirib ki, narahatlıq keçirdiyi amil olarsa, siyasətdə qalmaz. "Narahatlıq keçirdiyim bir amil olsa, mən siyasətdə olmaram", F.Mustafa etiraf edib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə