Müsavatın qaranlıq gələcəyi QALMAQAL

Başqan seçilə bilməyənlərdən sərt ittihamlar və istefa çağırışları

Müsavatın növbəti qurultayı da qalmaqalsız və qarşıdurmalarsız keçmədi. SİA xəbər verir ki, artıq qalmaqallı qurultaydan sonra başqanlığa namizədlər sosial şəbəkələr vasitəsi ilə eks-başqan İsa Qəmbərin dəstəklədiyi və yenidən başqan seçilən Arif Hacılıya, bütövlükdə isə, partiyada baş verənlərə sərt ittihamlarını irəli sürməyə başlayıblar.

Yadigar Sadıqlı: “Müsavatı qurtarmaq mümkün olmadı”

Məsələn, başqanlığa namizəd Yadigar Sadıqlı seçkilərdə 20 səs qazanmasına inanmadığını, saxtakarlıqların baş verdiyini iddia edərək, dolayısı ilə yazıb ki, partiya siyasi ölümünü yaşayır. “Müsavat dəyişmək istəmədi. Hamınıza keçmiş olsun”, deyə qeyd edən Y.Sadıqlıya dəstək verən digər müsavatçılar onun yalnız bir yolunun – istefa vermək yolunun qaldığını yazıblar. Məsələn, Vuqar Hesen adlı sıravi müsavatçı yazıb ki, Müsavatı qurtarmaq olmadı: “Keçmiş olsun bəy, heyif Musavatı qutarmaq mümkün olmadı. Ümüd varam bunan sonra doğru seçimi siz seçərsiz”. Abuzar Alisoylu isə, Müsavatda baş verənləri bir kəlmə ilə izah edib – “İsavat”...

İstefa tələbləri

Şəhriyar Şahbazlı isə qeyd edib ki,. Müsavatı xilas etmək olardı. “Amma artıq partiya 5 ildə geri gedəcək. Sonra isə gücləndirmək və bərpa etmək çox çətin olacaq”, deyə o yazıb.

Vasif Əlibəyli adlı müsavatçı isə yazıb ki, o Y.Sadıqlının partiyada qalmasına çox üzülür: “Yanlış anlamayın sizin o partiyada qalmanıza çox üzülürəm”.

Taleh Qasılmı adlı istifadəçi İsa Qəmbəri hədəfə alaraq onun həyasız bir şəxs olduğunu qeyd edib: “İsa kimi həyasız adam Azərbaycan siyasətində yoxdur”.
Beləliklə, Y.Sadıqlının statusuna yüzlərlə bənzər rəylər yazılıb və bir daha sübut olunub ki, artıq Müsavat partiyası yazın müddətdə siyasi arenadan tamamilə silinib-məhv olacaq. Bu baxımdan, Y.Sadıqlını dəstəkləyənlər onun istefa verməsini də istəyiblər.

Tofiq Yaqublunun tərəfdarı: “İsa oraları Arifə "icarəyə" verib”

Bu arada, digər namizəd – Tofiq Yaqublu da qurultayda etiraz səsini ucaldıb və nədənsə, onun və digər namizədin deyil, A.Hacılının cavab vermək haqqını kəskin tərzdə ittiham atəşinə tutub. Misal üçün, məlum olub ki, sabiq başqan İsa Qəmbər özünə və Arif Hacılıya olan hücumlara cavab vermək haqqı istəyib və qurultay nümayəndələri bu istəyi dəstəkləyib. T.Yaqublu isə etiraz edərkən, İ.Qəmbər bildirib ki, "Sən niyə narahatsan, fikirləşirsiz ki, tənqidlərə cavabımız sizin mövqeyinizi alt-üst edəcək?"

Servan Kerimov adlı sosial şəbəkə istifadəçisi T.Yaqublunun səhifəsində yazıb: “Tofiq bəy, mən o seçkini canl-canlı izlədim. Nəzərinizə çatdırım ki, sadə bir vətəndaşam və heç bir siyasi partiya mənsubluğum da yoxdur.Və belə bir qənaətə gəldim ki, harda İsa varsa orda da Arif olacaq. Niyə? Mən bu fikirdəyəm ki, İsa oraları Arifə "icarəyə" verib. İsa da öz tərəfdarlarına qutudan ancaq Arifin çıxması tələbini qoyub. Bu çox sadə də olsa ora kənardan baxanda sezilirdi ki,o seçki nəticəsi əvvəlcədən qərarlaşdırılmış seçkidir. İsanın özünü orda söz sahibi,ev sahibi kimi aparması bunu bir daha sübut etdi…”

İlqar Mehdi isə qeyd edib ki, T.Yaqublunun Müsavatda qaldığı hər gün hədərdir.

Məhz bu kimi statuslardan da görünür ki, social şəbəkə istifadəçiləri T.Yaqublunun da Müsavatdan istefa verməsini istəyirlər.

Maraqlı məqam isə budur ki, qalmaqallı qurultayın sonunda A.Hacılı ona və onu dəstəkləyənlərə qarşı ittihamlara belə cavab verib: “Qoy, siz deyən olsun”. Yəni Hacılı ittihamları susqunluqla qarşılamaqla, əslində həmin ittihamlarla razılaşdığını da dolayısı ilə etiraf edib.

Eks-başqan İ.Qəmbərin ittiham və suçlamaları “demokratiyanın təzahürü” kimi adlandırması həqiqətən də onun nə qədər siyasi həyasız bir siyasi ünsur olduğunu sübuta yetirdi.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə