Serbiyada erməni deputatlara hörmətsizlik

Serbiyalı sürücü erməni deputatları Belqrad küçələrində maşınından düşürüb və onları aparmaqdan imtina edib. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Mənim addımım” partiyasının deputatı Arman Boşyan özünün Facebook səhifəsində yazıb.

Deputat öz səhifəsində yazır ki, şəhər ətrafında yarım saatlıq gəzintidən sonra avtobus sürücüsü nümayəndə heyətini haraya aparacağı barədə heç məlumata sahib olmadığını söyləyib. Deputatın yazdığına görə, sürücü bütün heyəti Belqradın mərkəzində tərk edib və erməni deputatlar şəhərin küçələrindən birində qalıblar.

Məlumatda qeyd olunur ki, Ermənistan Respublikası Milli Məclisinin nümayəndə heyəti Serbiyadadır və Ermənistan Respublikası Milli Məclisinin sədri bu ölkənin parlamentinin sədri ilə də görüşüb. Amma nə səbəbə isə erməni deputatlara, Ermənistanın nümayəndə heyətinə hörmətsizlik edilib və onlar küçənin ortasında buraxılaraq tərk edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə