"Bunun Ermənistanda nə demək olduğu anlaşılırmı? ÖZƏL-MÜNASİBƏT

"MDB-nin Aşqabad sammitində İlham Əliyevin Paşinyanı polemik aşağılanmaya məruz qoyması siyasətdə nəyi, harada, kimə və nə üçün deməyin həqiqətən fərqli nəticələr doğurduğunu bir daha sübut etdi". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, Paşinyan Azərbaycanın Qarabağ torpaqlarında 5 avqust mitinqində lovğa-lovğa dediyi" Miatsum " və "Qarabağ Ermənistandır "şüarları ilə ölkəsinin ultra-millətçi ,daşnak təfəkkürlü və kütlə isteriyasına qapılmış kəsiminin gözündə öz populyarlığını azacıq bərpa edə bilmişdi: "Lakin Azərbaycan Prezidentinin əvvəlcə "Valday" klubunda, sonra isə Aşqabadda çıxışlarının təsiri ilə erməni baş nazirin öz cəmiyyətində populyarlığı əvvəlkindən də aşağı səviyyələrə düşdü. Bütün Ermənistan fərqindədir ki, onun baş naziri yalan və saxtakarlıq üstdə qurulsa da, ölkəsinin dövlət və ictimai maraqlarını diplomatik polemika müstəvisində qətiyyən qoruya bilməyən arqumentsizin və məntiqsizin biridir, etibarlı polemist deyil.

Erməni təbliğatı indi əsas gücünü baş nazirin məruz qaldığı təhqiramiz aşağılanmaların törətdiyi reytinq fəsadlarını yamamağa, kompensasiya etməyə yönəldib. Erməni ideoloqları və Paşinyan şəxsən özünə gəlməmiş onlara yeni siyasi-diplomatik zərbələr yendirilsə, bunun effekti çox böyük olacaq. Məsələn, faşist Nijdenin mənfur heykəlinin sökülməsinə nail olana qədər getmək,bunun üçün mümkün olan hər şeydən istifadə etmək lazımdır. MDB dövlətlərinin Bakıdakı missiyaları ilə ən müxtəlif səviyyələrdə-diplomatik, siyasi, vətəndaş cəmiyyətləri və diasporlar səviyyəsində sistemli iş qurmaq,erməni hökumətinə təzyiqlər etdirmək, ona göz açmasına imkan verməmək və sonda heykəlin şökülməsinə nail olmaq lazımdır. Böyük ehtimalla nəticə olacaq.

Əgər bunlar nəticə verməsə faşizm üzərində qələbənin 75 illik tədbirlərinə qədər İlham Əliyevin plan və təxəyülündə ən axırıncı həlledici ZƏRBƏ GEDİŞİNİN olduğuna fəhmimlə inanıram. Prezidentin dərin analitik, qlobal və polifonik düşüncə tərzinə malik olduğunu bildiyimiz üçün əminəm ki, o bunu mütləq edəcək.
Çox realdır ki, Paşinyanın hakimiyyəti bir heykəl qalmaqalı ilə səhnəni tərk etsin. Əgər heykəlin sökülmə qərarı verilsə Ermənistanın Paşinyançı, sarkisyançı, millətçi, daşnakçı, ümumən bütün təbəqələri -hər kəs öz arqumentləri ilə dərhal fəallaşacaqlar. Bunun Ermənistanda nə demək olduğu anlaşılırmı?
Paşinyan Ermənistanın tarixinə Azərbaycan prezidentinin diplomatik-siyasi kombinasiyalarının təsiri ilə öz xalqı tərəfindən devrilmiş ikinci dövlət rəhbəri kimi düşə bilər. Sarkisyandan sonra ikinci...".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...