Ermənistanın hakim partiyası parçalanır

Mənim addımım partiyasının yeddi deputatı partiyadan çıxıb başqa bir partiya yaratmaq niyyətindədir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, “Qraparak” qəzeti "Mənim addımım" partiyasının 7 deputatının partiyadan ayrılmaq və "xalqın maraqları naminə" adlı bir partiya yaratmaq barədə yazılı bəyanatını əldə edib.
Nəşrdə qeyd olunur ki, bəyanatda ad və soyadlar, hətta dərkənarlar, imzalar belə var. Gün ərzində bu barədə bir neçə dəfə digər mənbələrdən də informasiya alınıb. Mənbə bazar ertəsi bu bəyanatın yayımlanacağını iddia da edir.
Görünən odur ki, Ermənistanın hakim partiyasında parçalanmalar başlayıb və partiyanın taleyi müəmmalıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə