Rusiya və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib

Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.
SİA xəbər verir ki, görüş Aşqabadda keçirilən MDB XIN başçıları Şurasının iclası çərçivəsində baş tutub.
Görüş zamanı nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının həlli yolları ətrafında fikir mübadiləsi aparıblar. Bundan başqa görüşdə Rusiya - Ermənistan ikitərəfli münasibətlərinə dair və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə