Ermənilər nə vaxtdan İslam dəyərlərinə diqqət yetiriblər!? MÖVQE

"Bununla bağlı biz mövqeyimizi dəfələrlə demişik. Xarici İşlər Nazirliyi də öz mövqeyini bildirib. Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi, mədəni abidələrinin məqsədyönlü şəkildə ermənilər tərəfindən dağıdılması bizim tərəfimizdən qətiyyətlə pislənir". Bunu Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı SİA-ya son günlər aktual olan Şuşada Gövhər ağa məscidinın ermənilər tərəfindən sözdə təmiri barəsində danışarkən deyib.

M.Qurbanlı bildirib ki, bu, beynəlxalq hüquq normalarına, beynəlxalq miqyasda mənəvi, tarixi irsin qorunması ilə bağlı qəbul edilmiş konvensiyalara, müxtəlif paktlara ziddir və bizim komitə tərəfindən də bu mövqe açıq şəkildə bildirilir: "Bizi təəccübləndirən və təəssüfləndirən odur ki, ermənilərin bu mənhus fəaliyyətində bizə dost-qardaş ölkə olan İran İslam Respublikasının hər hansı şirkəti iştirak edir. Araşdırdıqda bəlli olur ki, şirkətin rəhbəri özü də Yerevanda memarlıqla bağlı təhsil alıb. Məni təəccübləndirən budur ki, Yerevanda memarlıqla bağlı nə öyrədə bilərlər ona!? Biz bunu da pisləmişik ki, bu hallar olmamalıdır".

Komitə sədri qeyd edib ki, İran İslan Respublikası bizə dost-qardaş ölkədir və İslam Əməkdaşlıq Təşkilatında Ermənistanın təcavüzü məsələsi qətiyyətlə pislənib: "O cümlədən İslama aid tarixi abidələrin üzərində ermənilərin bu cür əməllər etməsi bütün islam dünyası tərəfindən pislənilməlidir. Mən əminəm ki, ermənilərin bu cür əməllərinə dəstək verənlər bundan sonra olmayacaq və olmamalıdır. Belə olan halda sual doğur ki, ermənilər nə vaxtdan islam dəyərlərinə diqqət ermənilər nə vaxtdan İslam dəyərlərinə diqqət yetiriblər!? Məscidi təmir edirik adı altında Azərbaycan mədəniyyətinə irsinə xələl yetirirlər. Erməni vandalizmi hər zaman özünü biruzə verib. Həm siyasi, həm hərbi, həm də mənəvi vandalizmi. Azərbaycanın işğal olunmuş ərazilərində bizim tarixi abidələrimizi, İrəvan xanlığına aid tarixi abidələri məhv etmək üçün onlar böyük vəhşiliklər törədiblər. Ona görə də ermənilərin hansısa məscidi bərpa adı altında İslami dəyərlərə münasibətini göstərmək cəhdləri saxtakarlıqdan başqa birşey deyil".

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...